• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR

    Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyənin İğdır və Qars şəhərlərində Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində layihə həyata keçirilib.

    DiasporTV-nin verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində hər iki ölkə üçün səmərəli görüşlər keçirilib. Bir qrup QHT rəhbərlərinin və media təmsilçilərinin iştirak etdiyi nümayəndə heyəti ilk olaraq Vedibasar bölgəsində erməni daşnaklarına qarşı mübarizə aparmış xalqımızın qəhrəman oğullarından biri olan Kərbəlayi İsmayıl Çimənin Daşburundakı məzarı ziyarət edib. Daha sonra nümayəndə heyəti İğdır ictimaiyyəti ilə birgə İğdırdakı soyqırım muzeyini ziyarət edib və burada ermənilər tərəfindən bu bölgədə törədilən soyqırım faktlarını özündə əks etdirən materiallar haqda verilən məlumatı dinləyiblər. 

    Soyqırımı abidəsinin qarşısında Azərbaycan-Türkiyə QHT-ləri adından Ermənistan əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz bəyanatı oxunub. Eyni zamanda nümayəndə heyəti İğdırda AZərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək, onun adını daşıyan parkla tanış olublar. 

    Nümayəndə heyətini İğdır valisi Ənvər Ünlü qəbul edib. Vali ilə söhbət zamanı Azərbaycan və Türkiyə ictimai təşkilatlarının yaxından əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə BDM sədri dr. İsmayıl Ağayev səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan QHT-ləri adından valiyə hədiyyə təqdim edib. Səfər çərçivəsində nümayəndə heyətini hakim Ədalət və İnkişaf Partiyasının İğdır təşkilatının rəhbəri Ahmet Tutulmaz qəbul edib. Qəbulda hər iki ölkənin QHT-ləri arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, “bir millət, iki dövlət” anlayışının həqiqi mənada yaxın və sıx əməkdaşlıqla doldurulmasının vacib olduğu bildirilib.

    Səfərin birinci gününün sonunda İğdır Əczaçılar Odasında Azərbaycan-Türkiyə QHT-lərinin xüsusilə bu bölgədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq perspektivləri mövzusunda görüş keçirilib. Görüşdə bir sıra problemlər ətrafında diskusiya aparılıb. BDM sədri dr. İsmayıl Ağayev, ASİM-DER başqanı Göksəl Gülbəy, İğdır Əczaçılar Odası Başqanı Nazım Karadağ, İğdır-Azərbaycan Dil, Tarih və Kültür Birliyi Dərnəyinin başqanı Ziya Zakir Acar, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə və başqaları çıxış edib, QHT-lərin əməkdaşlıq perspektivləri və ictimaiyyəti narahat edən problemlər, Metsamor AES-nın fəaliyyəti, Azərbaycan-Türkiyə arasındakı viza məsələsi və s. məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İB-nin sədri Lyudmila Xəlilova, Ortaq Dəyərlər İB-nin sədri Aqil Camal, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, Bakı-Xəbər qəzetinin əməkdaşı, azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli, moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, modern.az saytının əməkdaşı Günay Nəbiyeva, BDM mətbuat katibi Könül Kərimova, Qarabağ veteranı Vidadi Nuriyev iştirak edib.

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR2

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR3

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR4

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR5

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLARAzərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR6

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR7

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR8

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR9

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR10

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR11

    Azərbaycanın media və QHT nümayəndələri İğdırdan qayıdıblar - FOTOLAR12

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)