• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Kiyevdə Müslüm Maqomayevin 75 illiyinə həsr olunan konsert keçirilib

    Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə  paytaxt Kiyev şəhərində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr olunan konsert keçirilib.

    Kiyevin Akademik Milli Opera və Balet Teatrında anşlaqla keçirilən “Sən mənim nəğməmsən” adlı konsertdə çıxış edən Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Vüsal Süleymanov xalqımızın  görkəmli oğlu Müslüm Maqomayevin xatirəsinə, işığına yığışanlara təşəkkür edib. O vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələrək ölkəmizdə və xarici dövlətlərdə müxtəlif tədbirlər keçirilir. Bununla bağlı Səfirliyin təşkilatçılığı ilə Kiyevdə və Ukraynanın digər şəhərlərində də silsilə tədbirlər keçirilir.

    V. Süleymanov qeyd edib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonları valeh edib.

    Sonra M. Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün Ukraynanın Xalq Artisti Vladimir Qrişko və Azərbaycanın tanınmış gənc müğənnisi Vaqif Nağıyev səhnəyə çıxıb. Hər iki müğənni Ukrayna milli orkestrinin müşayiəti ilə M.Maqomayevin repertuarından mahnılar ifa ediblər. apa.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)