• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    "Cəngi" etno-caz qrupu Fransada konsert verib

    Fransanın Uaz departamentinin Silly-Thillard şəhərində “Cəngi” caz qrupunun iştirakı ilə Azərbaycan etno-caz musiqisindən ibarət konsert keçirilib. Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyası və Xərçəngə Qarşı Liqanın Uaz bürosunun təşkilatçılığı ilə baş tutan konsert xərçəng xəstəliyinə qarşı mübarizə aparan liqaya yardìm məqsədlə həyata keçirilib.

    Silly-Thillard şəhərinin meri Jan Vertadye tədbiri açaraq, konsertin təşkilatçılarına, xüsusən də, Azərbaycanın Dostları Assosiasiyasına belə gözəl təşəbbüsə görə təşəkkürünü bildirib.

    Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel isə assosiasiyanın fəaliyyəti və həyata keçirilən layihələri haqqında danişıb. Azərbaycan barədə tamaşıçılara məlumat verə J.F.Mansel onun qədim tarixə və mədəniyyətə malik olduğunu deyib. O, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkənin 20 faiz torpaqlarının işğal altında olması barədə tamaşaçiları məlumatlandırıb. J.F.Mansel qeyd edib ki, bu kimi layihələr Azərbaycanın, azərbaycanlıların qədim və zəngin mədəni irsinin Fransada təbliğinə xidmət edir. O, Azərbaycan musiqisini Avropada tanıtmaq üçün etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib.

    Daha sonra Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan musiqisi və “Cəngi” qrupu haqqında məlumat verib. O, Muğam sənətinin çox qədim köklərə malik olduğunu, muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib.

    1992-ci ildə məşhur caz ustası və bəstəkar Rafiq Babayevin bünovrəsini qoyduğu “Cəngi” qrupu 2002-ci ildən etibarən Azərbaycanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir. Mircavad Cəfərov, Mircavid Cəfərov, İsgəndər Ələsgərov, Vasif Hüseynzadə, Ruslan Hüseynov kimi istedadlı musiqiçilərdən ibarət olan “Cəngi” qrupu, geniş, kolorotli repertuarı ilə fransalı tamaşaçıların rəğbətini qazanıb.

    Onu da qeyd edək ki, “Cəngi” qrupu müxtəlif beynəlxalq festivallarda iştirak edərək Azərbaycanın milli sərvəti olan Muğam və caz janrının sintezini yeni çalarlarla, özünəməxsus impovizasiyalarla musiqisevərlərə çatdırır.

     

    http://www.diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)