• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Niderlandda Azərbaycan gecəsi keçirilib

    Niderland Krallığının Nijmegen şəhərinin Cuijk qəsəbəsində Azərbaycan gecəsi keçirilib. Brabant Əyalətində yaşayan soydaşlarımızın təşkil etdiyi “Vətənim Azərbaycandır” adlı tədbirdə yerli iş adamları, xaricilərlə işləyən təşkilatların nümayəndələri və digər qurumlardan qonaqlar iştirak edib.

    Azərbaycan və Niderlandın dövlət himnləri ilə başlayan tədbirdə qonaqlara ölkəmiz, bayrağımız, işğal olunmuş toprlaqlarımız, milli adət-ənənəmiz, mətbəximiz və s. haqqında məlumat verildikdən sonra gecə Azərbaycanın təbiəti, tarixi, incəsənətindən bəhs edən səndəli filmin nümayişi ilə davam edib.

    Azərbaycan gecəsində Nəcibə Babayevanın ifasında “Uzundərə”, “Sarı gəlin” milli rəqsləri və musiqiləri qonaqlara təqdim olunub. Tədbirin iştirakçılarına Azərbaycan milli mətbəxinin bəzi təamlarından dadmaq imkanı da yaradılıb.

    Gecədə yerli qonaqların hər birinə Azərbaycan haqqında kitablar, rəsm əsərləri, ölkəmiz barədə sənədli filmlərin olduğu disk və milli baş ötrüyümüz olan kəlağayı hədiyyə edilib.

    Azərbaycanlıların qonaqpərvərliyindən, milli musiqimizdən, mətbəximizdən böyük zövq aldığını dilə gətirən qonaqlar gecənin təşkilatçılarına təşəkkür ediblər. Qonaqlardan Henny Majer “belə gözəl musiqiyə, mətbəxə, keçmişə və qonaqpərvərliyə sahib olan xalq heç bir zaman müharibə törətməz və yalnız sülh istər” – deyə vurğulayıb. Tədbirdə iştirak edənlər bütün bu gözəllikləri görmək və yaxından tanış olmaq üçün Azərbaycana səfər edəcəklərini bildirdilər. Sonda belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

    http://www.diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)