• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Diaspor rəhbəri Seymur Nəsirov Misirin dövlət televiziyasının qonağı olub

    “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televizIya kanalının qonağı olub.

    Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır”- deyə o qeyd edib.

    S.Nəsirov Azərbaycanda olan yüksək tolerantlıq mühiti səbəbindən Misirdə keçirilən beynəlxalq səviyyəli bir çox tədbirlərə, elmi konfranslara dəvət aldığını diqqətə çatdırıb. 19-20 noyabr tarixində Qahirədə “Radikalizmə qarşı birgə mübarizə və dialoqun gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq foruma azərbaycanlı nümayəndələrin dəvət edildiyini qeyd edib.

    Verlişdə tamaşaçıların diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

    http://www.diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)