• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Dünya Azərbaycanlılarının Həmrəylik günü İstanbulda qeyd edilib

    İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət (İSTAD) Dərnəyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbul Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində bayram tədbiri keçirib.

    Gecədə dirijor Tekin Büyükkayanın rəhbərliyi altında yeni fəaliyyətə başlayan "Türkiyə Azərbaycan Qardaşlıq Xoru"nun konserti təşkil olunub. "Türkiyə Azərbaycan Qardaşlıq Xoru"nun müşayiətilə Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri səsləndirilib.

    Tədbirdə çıxış edən İSTAD sədri Sefer Karakoyunlu dünyadakı azərbaycanlıların və bütün türk dünyasının bayramını təbrik edib, bu birlik və həmrəyliyin bütün dünya üçün bir nümunə olacağına ümid etdiyini deyib. Türkiyə- Azərbaycan qardaşlığı əsrlərə söykəndiyini yada salan diaspor rəhbəri 1915-ci ildə Çanaqqala savaşında azərbaycanlıların türklərlə çiyin-çiyinə vuruşduğunu, 1918-ci ildə Bakının erməni-bolşevik birləşmələrində azad edilməsi isə Türkiyənin Azərbaycana köməyə gəldiyini vurğulayıb. S.Karakoyunlu bu həmrəyliyin sonsuza qədər sürməsini arzulayaraq, təşkilatın fəaliyyətini dəstəkləyərək gecədə iştirak etdiyinə görə bütün qonaqlara təşəkkürünü bildirib.

    Daha sonra Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun Konsulu Xəyyam Daşdəmirov çıxış edərək iki dövlət, bir millətin təmsilçisi olmaqdan şərəf duyduğunu dilə gətirib. Azərbaycan-Türkiyə qardaşlığı və bu həmrəyliyinin daimi olmasını arzulayan Xəyyam Daşdəmirov tədbir iştirakçılarını Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib. O, həmçinin, gecənin təşkilatçısı İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

    Qars Bələdiyyəsinin sədri Murtaza Karaçanta da çıxışında Türkiyə Azərbaycan arasında mövcud olan həmrəyliyindən, birliyin daha gücləndirilməsinin vacibliyindən və əhəmiyyətindən danışıb.

    Tədbirdə iştirak edə bilməyən İstanbul Valisi Vasip Şahin və digər rəsmi şəxslərin təbrik məktubları oxunub. Bayram tədbirində Avrasiya Türk Dərnəkləri Birliyi, Türkiyə Azərbaycanlı İş Adamları Birliyi, İğdır, Ardahan, Sivas, Kars Azərbaycan Dərnəklərinin və digər diaspor təşkilatlarının rəhbərləri, üzvləri, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan soydaşlarımız, tələbələr, KİV təmsilçiləri iştirak edib. Tədbir TRT News, AzTv, İctimai, Space, Doğuş TV telekanallarında və kütləvi informasiya vasitələrində işıqlandırılıb.

    Tədbir çərçivəsində Azərbaycanı tanıtmaq məqsədilə “Araz” Nəşriyyatı və İSTAD-ın dəstəyi ilə hazırlanmış kitab sərgisi təşkil edilib.

    http://www.diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)