• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Almaniyanın Hannover şəhərində keçirilən 20 Yanvar şəhidləri yad edilib

    Almaniyanın Hannover şəhərində “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyəti 20 Yanvar faciəsinə həsr olunmuş ”Son yüz ildə Azərbaycan və Türkiyənin erməni məsələsi, soyqırımı iddiaları və gerçəklər" mövzusunda konfrans keçirib. Tədbirə Türkiyədən professorlar Aygün Attar Həşimzadə və Kamal Arı dəvət olunub.

    Azərbaycanlılarla yanaşı, Türk və türkdilli ictimaiyyətin də qatıldığı konfrans şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən prfessorlar Aygün Attar və Kamal Arı tarixi dəlillərə əsaslanaraq bir çox məsələlərə aydınlıq gətirməyə çalışıblar. Onlar ermənilərin bu günə qədər türk xalqının başına gətirdiyi müsibətlər haqqında danışıb və azərbaycanlılara qarşı olan soyqırımı kimi cinayətlərin daha çox ölkələrdə tanınmasının vacibliyini vurğulayıblar.

    Konfransda Hannover şəhərində təşkil olunan bu tədbirin tariximizin unudulmaması və onun gənc nəslə ötürülməsi baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, xaricdə, o cümlədən Almaniyada, Hannoverdə yaşayan azərbaycanlı gənclər torpaqlarımızın 20 faizinin hələ də işğal altında saxlanılmasını, erməni ideologiyasının yalan, uydurma və işğalçı olmasını bilməlidir.

    Çıxışlardan sonra Aygün Attar və Kamal Arı iştirakçıların suallarını cavablandırıb. Daha sonda hər iki professora təşəkkürnamə təqdim edilib.

    Konfrans çərçivəsində 20 Yanvar 1990 -cı il faciəsində və Azərbaycanın torpaqları uğrunda şəhid olanların, o hadisələri əks etdirən fotosərgi də təşkil olunub.http://www.diaspora.gov.az/

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)