• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Misirdə Novruz bayramı tədbirləri keçirilir

    Novruz bayramı ilə əlaqədər Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi və burada fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

    11
    DiasporTV “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinə istinadən xəbər verir ki, Mart ayının 13-ü birliyin gənc fəal uzvləri Qahirə şəhərində, təhsil nazirliyinin nəzdində xarici tələbələr klubunda Azərbaycan mədəniyyət gecəsi təşkil ediblər.

    121

    Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və milli mətbəximizlə bağlı sərgi təşkil ediblər.

    fdd

    Tədbir çərçivəsində birliyin sədri tədqiqatçı alim Seymur Nəsirov klubun idarə heyəti və Misir təhsil nazirliyin xarici tələbələr klublarının sədri Məhəmməd Abbasla da görüşərək Azərbaycanla Misir arasında tarixi əlaqələrdən, mədəniyyətimizdən və turizm patensiyalından söhbət açmışdır.

    gfr

    Klubun rəhbəri təşkil olunan tədbirdən çox məmnun olduğunu və bu tədbirlərin gələcəkdə yenidən təşkil olunmasını xahiş etmişdir.Klub rəhbərliyi, bu təbiri yüksək səviyyədə təşkil etdiyinə görə Birliyin fəal tələbələrinə diplomlar və kubok təqdim etmişdir.

    df
    Mart ayının 14-ü Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.Tədbirdə səfirliyin birinci katibi Heydərov Polad və Birliyin sədri Nəsirov Seymur çıxış edərək tədbir iştirakçıların bayramını təbrik edərək onları vətənimizlə bağlı həqiqətləri təbliğat etməkdə birgə fəaliyyət göstərməklərini tövsiyə ediblər.

    bb
    Mart ayının 15-i isə “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyin mərkəzində birliyin fəal xanımları Novruz bayramı ilə əlaqədər tədbir keçiriblər.Keçirilən tədbirlərdə əsas məqsəd Misirdə yaşayan azərbaycanlılar arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək, vətənimizin təbliğatını dahada inkişaf etdirməsi yolunda fikir mübadiləsi aparmaq və onlar arasında dostluq əlaqələri möhkəmləndirməkdir.

    hg

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)