• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Azərbaycan diaspor rəhbəri Misir dövlət televiziyasında çıxış edib

    “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının qonağı olub. Misirin geniş auditoriyaya malik “Nil Mədəniyyət” kanalının canlı yayımlanan “Mənim gecəm” adlı proqram Azərbaycana həsr edilib. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx göstərilib. Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır”- deyə o qeyd edib. Verilişdə eyni zamanda, Azərbaycanın inkişafından, turizm potensialından, Novruz bayramından, digər milli adət-ənənələrindəb geniş söhbət açılıb.

    Proqramda apardığı tədqiqatlara da toxunan S.Nəsirov bu araşdırmalar nəticəsində ərəb mənbələrində olan 250 azərbaycanlı alim haqqında yazılar hazrıladığını bildirb. Təqdiqatçı-alim azərbaycanlıların Misirin inkişafında əvəzsiz rolundan, eləcə də Azərbaycan tarixində və mədəniyyətində ərəblərin təsirindən – onların Azərbaycana köçməsindən, Şirvanşahlar dövlətindən və Azərbaycanda bu günədək qalan ərəb mənşəli yer adlarından bəhs edib.

     

    http://www.diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)