• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Misirdə keçirilən beynəlxalq konfransda Azərbaycan haqqında məlumat verilib

    Misirin Ayn-Şəms Universitetində keçirilən “Misirdə Şərq araşdırmalarının yaranması və inkişafı” mövzusunda beynəlxalq konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru professor İmamverdi Həmidov və “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov da iştirak ediblər.

    Konfransda çıxış edən S.Nəsirov Azərbaycanla Misir arasında tarixi əlaqələr barədə danışıb, ölkəmizin elm və ədəbiyyat diyarı olduğunu qeyd edib. O, tarixən Misirin inkişafında mühüm rol oynamış əslən azərbaycanlı şəxslərdən də söhbət açıb. Bu gün Misirin müxtəlif universitetlərində diasporumuz tərəfindən 600-dən çox tələbəyə Azərbaycan dilinin tədris edildiyi diqqətə çatdırılıb. Alim Misirdə Azərbaycan dili və ədəbiyyatının daha da dərindən öyrənilməsini təklif edib və bu təklif konfransın yekun tövsiyələrinə daxil edilib.

    Konfrans çərçivəsində iştirakçılarla bir sıra görüşlər keçirilərək Azərbaycan həqiqətləri barədə məlumat verilib.

    AZƏRTAC

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)