• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Hindistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

    Azərbaycanın Hindistandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar paytaxt Dehlidə tədbir təşkil edib.

    Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilən tədbirdə Hindistanın dövlət və hökumət qurumlarının məsul şəxsləri, ictimaiyyətin nümayəndələri, diplomatik korpusun təmsilçiləri, elm adamları iştirak ediblər.

    Müvəqqəti işlər vəkili Ceyhun Əliyev müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, dövlət quruculuğu istiqamətindəki işindən, parlamentin qanunvericilik fəaliyyətindən, xarici siyasətindən danışıb.

    Bildirilib ki, Xalq Cümhuriyyətinin ömrü bolşeviklərin işğalı səbəbindən cəmi 23 ay sürüb. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra özünü AXC-nin varisi elan edib.

    Müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin və idarəçilik qabiliyyətinin müstəsna rol oynadığını vurğulayan diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini və beynəlxalq ictimaiyyətin fəal üzvü olduğunu diqqətə çatdırıb.

    Hindistanın tanınmış siyasətçisi, sabiq nazir Arif Məhəmməd Xan, tanınmış elm xadimi, professor C.S.Racput, Türkiyənin Hindistandakı səfiri Şakir Özkan Torunlar, Qazaxıstan səfiri Bulat Sarsenbayev, Hindistanın siyasi xadimlərindən Virender Kataria, ictimai-siyasi xadim və yazıçı Müzəffər Əhməd, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis K.V. Rancan Azərbaycanın tarixi, ümummilli lider Heydər Əliyevin dünya tarixinə töhfələri, ölkəmizin müstəqillik yolu, azadlıq mübarizəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətlər, Azərbaycan-Hindistan əlaqələri barədə çıxış ediblər.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)