• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Ukraynadakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı 

    Xəbər verildiyi kimi, Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Ukraynadakı soydaşlarımız da qoşulublar. Gənclər Dünyası İctimai Birliyinin sədri Nicat Mirzəyevin təşkilatçılığı ilə Ukraynadakı soydaşlarımız dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndəriblər. Soydaşlarımız milli geyimlərdə əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Bu təbriklərə milli geyimlərdə ukraynalı gənclər də qoşulublar. Həmvətənlərimiz, eyni zamanda Ukraynada yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.

    cd
    Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.
    https://www.youtube.com/watch?v=g1NC8OmwYQ8&feature=youtu.bess

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)