• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Monteneqroda "Heydər Əliyev kuboku" uğrunda şahmat turniri keçirilib

    Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ikigünlük "Heydər Əliyev kuboku" şahmat turniri keçirilib.

    Turniri Mərkəzin direktoru Seyran Mirzəzadə açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri haqqında iştirakçılara məlumat verib, xalqımızın bu dahi şəxsiyyətin xidmətlərini heç vaxt unutmayacağını bildirib. O, Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafına da xüsusi önəm verdiyini nəzərə alaraq, anadan olmasının 95-ci ildönümü münasibətilə məhz şahmat turnirinin keçirilməsinin qərara alındığını söyləyib.

    Monteneqro Şahmat Birliyinin prezidenti Radoyicsa Qrba çıxışında, belə bir turnirin təşkilatçısı olmaqdan şərəf duyduqlarını ifadə edib. Azərbaycan xalqının istedadı və dövlət dəstəyi nəticəsində Azərbaycanın şahmat dünyasında güclü ölkələrdən biri olduğunu deyib.

    Turnirdə, Monteneqronun ilk qrossmeysteri, dəfələrlə şahmat üzrə ölkə çempionu, keçmiş Yuqoslaviyanın 5 qat çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, Monteneqronun sabiq idman naziri Bojidar İvanoviç, o cümlədən, Nikola Dukiç, Neboyşa Nikçeviç, Blajo Kaleziç, Boro Milyaniç, Predrag Nikaç, Vladimir Paykoviç, Andrey Sukoviç kimi tanınmış şahmat ustaları, Monteneqronun yığma və olimpiya komandasının üzvləri, qrossmeysterlər iştirak ediblər.

    Sonda turnirin qalibi Blajo Kaleziçə və digər iştirakçılara mükafatlar təqdim edilib. Qonaqlara isə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən monteneqro dilinə tərcümə edilmiş “Heydər Əliyev” kitabı da təqdim olunub.

    S.Mirzəzadə şahmat turnirinin təşkilinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinə, Monteneqronun Şahmat birliyinə və “Azmont Investments” şirkətinə təşəkkürünü bildirib.

     

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)