• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti parkı açılacaq

    Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltepe Bələdiyyəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək.

    2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində mayın 15-də İstanbul Maltepe Bələdiyyəsinin ərazisində “Azərbaycan Xalq Cümhuriyyəti -100-cü il Parkı”nın açılışı olacaq.

    Bundan başqa, Türkan Saylan Kültür Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfrans, Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçiriləcək, Azərbaycan və Türkiyə incəsənət ustalarının, rəqs kollektivlərinin iştirakı ilə qala konsert təşkil olunacaq. Konfransda Türkiyə və Azərbaycan elm adamlarının, rəsmi şəxslərinin iştirakı planlaşdırılır.

    Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatda olan varislərindən bir qrupu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı təltif ediləcək.

    http://diaspora.gov.az

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)