• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Misirdəki diaspor təşkilatının rəhbəri azərbaycanlı tələbələrlə görüşüb

    “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyin yaradılmasının ildönümü münasibətilə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. 23 ildir Misirdə yaşayan birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bir il əvvəl yaratdığı təşkilatın gördüyü işlər, qarşıya qoyulan məqsəd və hədəflər barədə danışıb. Bildirib ki, bir il ərzində təşkilatın dəstəyi ilə Misirin dövlət telekanallarında Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, turizm potensialı, milli mətbəxi, dahi şəxsiyyətləri və Misir-Azərbaycan əlaqələrinə dair verlişlər hazırlanıb.

    Bundan başqa, təşkilat Misir mediasında 20 yanvar, Xocalı soyqırımı və Misirlə Azərbaycan arasında tarixi əlaqələr haqqında məqalələrin dərc edilməsini təmin edib. Misirin ən mötəbər universitetlərində 600 dən çox tələbəyə dilimizin tədrisi ilə yanaşı, Azərbaycan həqiqətləri, tarixi və mədəniyyəti təbliğ edilib. Hazırda birliyin Qahirədəki mərkəzində Azərbaycan dilinin tədrisi ilə yanaşı, ərəb dili və xəttatlığı, şərq dekorasiyası və digər fənnlər üzrə, 15 ölkədən 130 tələbə, o cümlədən azərbaycanlı tələbələr təmənnasız təhsil alır.

    Tədbirdə Seymur Nəsirov əldə etdiyi "Osmanlı, Rusya və Amerika arxivlərində ermənilərin türklərə qarşı törətdiyi soyqırımı" kitabına istinadən, 1918 və 1920-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən də danışıb. O, azərbaycanlı tələbələri sosial mediada Azərbaycanın tanıdılması və maraqlarının qorunması ilə bağlı daha fəal olmağa çağırıb.

    Tələbələr isə öz növbəsində birliyin rəhbərinə Azərbaycanı təbliğ etdiyinə və onlara göstərdiyi dəstəyə görə təşəkkür ediblər.

     

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)