• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Eskişehirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş tamaşa oynanılıb

    Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində cümhuriyyətimizə həsr olunmuş tamaşa səhnələşdirilib.

    Ssenari müəllifi və rejissoru Öztürk Bayrama aid olan "Büyücü” (“Cadugər”) tamaşası Anadolu Universiteti Sinema Anadoluda oynanılıb. Əsər "Göylərin qoruduğu, gecənin qaranlığında asılmış işıqlarımız! Aydınlığa gözlərini vermiş rənglərimiz! Tanrının yeddi ruha üfürdüyü müqəddəs nəfəsləri! Heç bir zaman parçalanmayan gücümüzün səltənətidir sevgimizin qaynağı!..." sözləri ilə başlayır, daha sonra verilən yanlış qərarların nəticəsi olaraq baş verən sosial dəyişikliklərdən bəhs edir.

    Tamaşadan sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın tamaşanın yaradıcı heyətinə minnətdarlığını bildirərək onlar “Təşəkkürnamə”, Eskişehir Valisinin müavini Aslan Avşarbey isə teatrın rejissoru Öztürk Bayrama dərnək adından plaket təqdim edib.

     

     

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)