• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    İsveçrədə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib

    İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Əməkdar Artisti, pianoçu Adilə Əliyevanın təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib. 3 gün davam edən müsabiqə 3 yaş kateqoriyası üzrə təşkil olunub. Rusiya, Yaponiya, Fransa və digər ölkələrdən gələn izləyicilərin böyük marağına səbəb olan müsabiqədə Ceyhun Əzizov və albaniyalı Taşko Kostandin 1-ci yerə, yaponiyalı Yanq Şiven 2-ci yerə yiyələniblər. Nərminə İsmayılova və Ramazan Hüseynov diplomlarla təltif olunublar.

    Müsabiqə çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə musiqi parçası səsləndirilib.

    Qeyd edək ki, İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə müsabiqədə 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır..

     

    diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)