• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Daşkənddəki soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd ediblər

    Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin təmsilçiləri, digər mədəniyyət mərkəzlərinin rəhbərləri və üzvləri, Daşkənddə yaşayan soydaşlarımız, jurnalistlər iştirak ediblər.

    Əvvəlcə iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sərgi ilə tanış olublar.

    Çıxış edənlər Firdovsi Hüseynov və Bəxtiyar Kərimov cəmi 23 ay yaşayan, Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlət və ordu quruculuğu, demokratik dəyərlərin tətbiqi sahəsində görülən işlər haqqında məlumat veriblər. Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, gerbi və himnini qəbul edib.

    Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair sənədli film nümayiş etdirilib, məktəblilər Vətən, ölkələrimizin dostluğu ilə bağlı şeirlər səsləndiriblər. Məktəblilərə diplomlar və hədiyyələr verilib.

    Sonra çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü işlərdən danışıblar.

    Mərasim konsert proqramı ilə başa çatıb.

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)