• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    İstanbulda Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi yolları müzakirə olunub

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda işləyən və yaşayan bir qrup azərbaycanlı QHT rəhbəri, iş adamı və ziyalı ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan diasporunun mövcud vəziyyəti barədə geniş məlumat verən Komitə sədri xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə bu sahədə işləri sürətləndirməyin vacibliyindən, qarşısında duran vəzifələrdən və Prezident İlham Əliyevin tapşırıqlarından danışıb.

    Sonra QHT təmsilçilərinin fikir və təklifləri dinlənilib.

    Çıxışlarda vurğulanıb ki, Azərbaycan ziyalısı hansı ölkədə yaşayıb işləməsindən asılı olmayaraq ölkəmizin milli məsələlərinə diqqətlə yanaşmalı, Azərbaycanın ümumi işlərinin təbliğ olunmasında və tanıdılmasında, xalqımıza qarşı olan təxribatların qarşısının alınmasında fəal olmalıdır. Bu, hər şeydən öncə hamımızın vətəndaşlıq borcudur.

    Görüşdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev də iştirak edib.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)