• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    BELARUS

    Belarus - Azərbaycan Cəmiyyət və Təşkilatları

     

    Belarus Azərbaycan İcmaları Konqresi

    Azərbaycan İcmaları Konqresi 2003-ci ildə təsis edilmişdir. Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği Konqresin fəaliyyətinin əsas istiqamətindən biridir. Hər il Belarusun paytaxtı Minskdə və ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də matəm günlərində – 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm və sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir. Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Belarusun əməkdar idman ustası Natiq Bağırovdur.

    Regional bolmələri:
    Minsk şəhər şöbəsi – Qobustan Cəmiyyəti
    Belarusda fəaliyyətə başlayan ilk diaspor təşkilatı hesab olunan Azərbaycan İcmaları Konqresinin Minsk şəhər şöbəsi – Qobustan Cəmiyyəti 1989-cu ildə qeydiyyatdan keçmişdir. Belarusdakı azərbaycanlıların diaspor işində fəallığının artırılması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanmasında və yeni nəsillərə ötürülməsində Qobustan Cəmiyyətinin böyük rolu var. Qobustan Cəmiyyətinin bir təşəbbüsü ilə 2009-cu ildə cəmiyyət öz üzvlərinin vəsaiti hesabına Belarusun Bleyka şəhərinin görkəmli yerində Azərbaycan xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general- mayor Həzi Aslanovun Belorusiya Rəssamlar İttifaqının üzvü Kamil Kamal Hacıyevin sənət əsəri olan əzəmətli heykəli ucaldılmış, Magilyov şəhərində isə Sovet İttifaqı qəhrəmanı Aslan Vəzirovun büstü qoyulmuşdur. Həzi Aslanovun abidəsinin açılış mərasimində iştirak edən qəhrəmanın nəvəsi Cəmiyyətin bu xidmətini yüksək qiymətləndirmişdir. 2005-ci ildən Qobustan Cəmiyyətinə Baxşı Qəhrəmanov rəhbərlik edir. Cəmiyyətin sədr müavini isə Əlvan Qasımovdur.

    Vitebsk şəhər şobəsi – Dostluq Cəmiyyəti
    Dostluq Cəmiyyəti Belarusun Vitebsk şəhərində 2007-ci ildə qeydiyyatdan keçmişdir. Təşkilatın sədri Saleh Mirzəyevdir. Orşa şəhər şöbəsi Azərbaycan İcmaları Konqresinin Orşa şəhər şöbəsi 2006-cı ildə qeydiyyatdan keçmişdir. Orşa şəhər şöbəsinə Mətləb İskəndərov rəhbərlik edir.

    Mogilyov vilayət şobəsi – “Azəri” Cəmiyyəti
    “Azəri” Cəmiyyəti Belarusun Mogilyov vilayətində 2005-cı ildə qeydiyyatdan keçmişdir. “Azəri” Cəmiyyətinin sədri İlyas İlyasovdur.

    Grodno vilayət şobəsi – “Vətən” Cəmiyyəti
    “Vətən” Cəmiyyəti Belarusun Grodno vilayətində 2006-cı ildə qeydiyyatdan keçmişdir. Konqresin “Vətən” Cəmiyyətinə Vahid Hüseynov sədrlik edir. Bəylər Seyidov isə sədr müavinidir.

    Bobruysk şəhər şöbəsi
    Azərbaycan İcmaları Konqresinin Bobruysk şəhər şöbəsi 2007-ci ildə qeydiyyatdan keçmişdir. Konqresin Bobruysk şəhər şöbəsinin sədri Əyyub Yusifov, sədr müavini isə İltifat Haqverdiyevdir.

    Belarusdakı təşkilatlar


    BELARUSİYA

    “Azərbaycan İcmaları Konqresi“

    Konqresin sədri: Bağırov Natiq

    Tel: +375296510686

     

    “Azərbaycan İcmaları Konqresi “-nin regional bölmələri:

    1. “Azərbaycan icmaları konqresi “-nin Minsk şəhər şöbəsi “Qobustan” cəmiyyəti

    1989-cü ildə qeydiyyatdan keçmişdir

    Təşkilatın sədri: Qəhramanov Baxşı

    Tel: +375291402402

    Sədr müavini: Qasımov Əlvan

    Tel: +375296455454

     

    “Azərbaycan icmaları konqresi “–nin Vitebsk şəhər şöbəsi, “Dostluq “cəmiyyəti

    2007-ci ildə qeydiyyatdan keçmişdir

    Təşkilatın sədri: Mirzəyev Saleh

    Sədr müavinləri: Əhmədov Sabir , Quliyev Sahib

     

    “Azərbaycan icmaları konqresi “–nin Orşa şəhər şöbəsi

    2006-ci ildə qeydiyyatdan keçmişdir

    Təşkilatın sədri: İskəndərov Mətləb

    Tel: +375296198619

     

    “Azərbaycan icmaları konqresi “ –nin Mogilyov vilayət şöbəsi, “ Azəri “ cəmiyyəti

    2005-cı ildə qeydiyyatdan keşmişdir

    Təşkilatın sədri: İlyasov İlyas Niyaz oğlu

    Tel: +375296761266

     

    “Azərbaycan icmaları konqresi “-nin Grodno vilayət şöbəsi, “Vətən” cəmiyyəti

    2006- cı ildə qeydiyyatdan keçmişdir

    Təşkilatın sədri: Hüseynov Vahid

    Tel: +375296683946

    Sədr müavini: Seyidov Bəylər

    Tel: +375296550080

     

    “Azərbaycan icmaları konqresi “–nin Bobruysk şəhər şöbəsi

    Təşkilatın sədri: Əyyub Yusifov

    Sədr müavini: İltifat Haqverdiyev

    Qeyd: 2007-ci ildə qeydiyyatdan keçmişdir

     

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)