• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    BELÇİKA

    Belcika - Azərbaycan Cəmiyyət və Təşkilatları

     

    Avropa Azərbaycanlıları Mərkəzi
    Avropa Azərbaycanlıları Mərkəzi (European Azerbaijanian Centre) 2004-cü ilin yanvarında Brussel şəhərində daha bir diaspor təşkilatı kimi fəaliyyətə başlamışdır. Avropa Azərbaycanlıları Mərkəzinin sədri Fatma Əliyevadır.

    Azərbaycan-Belçika Dostluq Cəmiyyəti
    Azərbaycan-Belcika Dostluq Cəmiyyəti 2002-ci ildə təsis edilmişdir. Təşkilatın məqsədi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Avropada yaşayan soydaşlarımız arasında milli birliyin yaranmasını sürətləndirməkdir. Azərbaycan-Belcika Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçidir.

    Belçika “Azərbaycan Evi” Cəmiyyəti
    Belcika “Azərbaycan Evi” Cəmiyyəti 2000-ci ildə Belcikanın paytaxtı Brusseldə yaradılmışdır. Belçika “Azərbaycan Evi” yarandığı vaxtdan bu günədək Azərbaycan həqiqətlərinin Avropaya və eləcə də dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görmüşdür. Bu diaspor qurumu Azərbaycanla Belcika arasında diplomatik əlaqələrin yaranması və inkişafında, bu ölkədə dövlətimizin səfirliyinin yaranmasında, habelə işğal olunmuş ərazilərimiz, Dağlıq Qarabağ torpaqlarının bu günə kimi erməni işğalı altında qalması, Azərbaycan rəhbərliyinin bu istiqamətdə apardığı sülhsevər xarici siyasəti ilə bağlı həqiqətlərin Avropa və dünya xalqlarına çatdırılmasında cox böyük işlər görmüş və bu gün də görməkdədir. Belçika “Azərbaycan Evi”nin təsisçiliyi ilə 2004-cü ilin 22 iyulundan “Euro Xəbər” adlı qəzet Bakıda nəşr olunur. Qəzeti, həmçinin, www.euxeber.com saytından PDF formatda da oxumaq mümkündür. Təşkilatın yaradıcısı və rəhbəri əslən Qərbi Azərbaycandan olan Bülənt Gurcamdır.

     

    Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyəti
    Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyəti 2011-ci ildə təsis edilmişdir. Cəmiyyətin məqsədi Belçikada yaşayan azərbaycanlıları bir yerə toplamaqdır. Təşkilat mədəni və xeyriyyə mərasimlərində Azərbaycan və Türkiyəni təmsil edir. “Dayak” ictimai xeyriyyə təşkilatı olaraq Azərbaycan və Türkiyədən olan insanların Belçika cəmiyyətinə inteqrasiya olunmasına yardım göstərir. Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyətinin prezidenti Asəf Bağırovdur.

    Belçikadakı təşkilatlar


    Azərbaycan-Belçika Dostluq Cəmiyyəti

    Sədr: Ayhan Demirçi

    Tel: +32 484 64 53 76

    E-mail: az.bel.dostlukcem@hotmail.com

    Ünvan: Limburq, Belguim

     

    ‘‘DAYAK’’ Azərbaycan-Türkiyə-Belçika dostluq cəmiyyəti

    Sədr: Asəf Bağırov

    İnternet səhifəsi: www.dayakasbl.com

    E-mail: dayak.be@gmail.com

    Tel: +32 494 15 30 55

    Ünvan: rue Hamoir 195, 7100 La Louviere, Belguim

     

    Belçika Azərbaycan Evi Cəmiyyəti

    Sədr: Bülənt Gürçam

    Tel: +32 2/41129 61

    E-mail: gurcam.b@hotmail.com

    Web: www.diaspora-az.com

    Ünvan: Rue du Fajteur 3, 1080 Bruxelles, Belgium.

     

    Avropa Azərbaycanlılar Mərkəzi

    Sədr: Fatma Əliyeva

    Tel: +32 494 10 60 49

    E-mail: avropa.azerbaycanlilar.merkezi@skynet.be

    Ünvan: Chaussee de Haecht 201, 1030 Schaerbeek-Bruxelles, Belguim

     

    "Belkad" Qarabağ Mədəniyyət və Hərməylik Dərnəyi

    Sədr : Ucar Abbas

    Tel: +32 485 41 93 26

    +32 487 86 03 37

    E-mail: ucar@hotmail.com

    ucarabbas@hotmail.com

    Ünvan: Bruxelles, Belguim

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)