• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    BÖYÜK BRİTANİYA

    BÖYÜK BRİTANİYA - Azərbaycan Cəmiyyət və Təşkilatları


    Azərbaycan Türkləri Cəmiyyəti

    Azərbaycan Türkləri Cəmiyyəti Azərbaycan Türkləri Cəmiyyəti XX əsrin 90-cı illərinin sonunda fəaliyyətə başlamışdır.

    Cəmiyyətin əsas fəaliyyət sahələri mədəni tədbirlər, Azərbaycanın Britaniyadakı səfirliyinin qarşısında piketlərin keçirilməsi, bədii və poeziya gecələrinin təşkilindən ibarətdir. Azərbaycan Türkləri Cəmiyyətinin sədri Şahrux Məzhəridir.

     

    Azərbaycan Gənclər Klubu

    2005-ci ilin iyul ayından fəaliyyətə başlamış Azərbaycan Gənclər Klubu Britaniyadakı ən fəal diaspor təşkilatlarından hesab olunur. Təşkilatın bu ölkədəki türk diasporu ilə də sıx əlaqələri mövcuddur. Ötən müddət ərzində bu təşkilat türk icmaları, habelə Londonun İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti ilə birlikdə xalqımıza qarşı torədilmiş terror və soyqırım aktları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox saylı etiraz aksiyaları, fotosərgilər, elmipraktik konfranslar təşkil etmişdir.

    London “Azərbaycan Evi”

    Mədəniyyət və Dostluq Mərkəzi Londondakı “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulmuşdur. Mərkəz tamamilə qeyri-siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərir. London “Azərbaycan Evi”nin məqsədi Azərbaycanla Britaniya arasında mədəni və dostluq bağlarını mohkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir.“Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış mərasimi 2008- ci il 14 noyabr tarixində London Hackney Bələdiyyəsi spikeri Ian Rathbone, Azərbaycanın Britaniyadakı o zamankı səfiri Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Fraserin də iştirakı ilə həyata keçirilmişdir. Qurulduğu gündən bəri Azərbaycan Evində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. həyata keçirilmişdir. “London-Azərbaycan Evi”nin təsisçisi və sədri Ali Tekin Atalardır.

     

    “Caspian-Khazri” Cəmiyyəti

    2006-cı ilin aprelində fəaliyyətə başlamış “Caspian Khazri” (London Azərbaycan Məktəbi) qısa müddət ərzində özünü yerli cəmiyyətdə tanıtmış və İngiltərədə yaşayanların tələbatlarını hiss edə bilmişdir. İlk növbədə Londona köçüb gələn və ya burda anadan olan azərbaycanlı uşaqlarının milli məktəbə ehtiyacları olduğunu müəyyən edən “Caspian-Khazri” Cəmiyyəti 2006-cı ildə özünün böyük layihələrindən birini həyata keçirmişdir. Layihə çərçivəsində Böyük Britaniyanın paytaxtı London şəhərində Avropada analoqu olmayan ilk Azərbaycan məktəbinin fəaliyyətinə start verilmişdir. Bu məktəbə olan tələbatın və sevginin artan gücünü qarşılamaq məqsədi ilə çox keçməmiş Londonun digər bölgəsində də ikinci məktəb qurulmuşdur. Bu məktəblərin qarşısına qoyulan əsas məqsəd İngiltərədə yaşayan azərbaycanlı uşaqlara pulsuz olaraq ana dilini, Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası, adət-ənənələri və milli rəqslərini öyrətməkdir. Məktəblərə 5 yaşından 14 yaşına qədər uşaqlar qəbul olunur. Balacalar üçün, həmçinin dram, rəsm və nağıl dərsləri kecirilir. Bu məktəblər Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən maliyyələşdirilir, lazımi vəsait və dərsliklərlə təchiz olunur.“Caspian-Khazri” Cəmiyyətinə Simuzər Baloğlanova rəhbərlik edir.

     

    Böyük Britaniyadakı təşkilatlar

    AVROPA AZƏRBAYCAN CƏMİYYƏTİ

    (The European Azerbaijan Society, TEAS)

     

    TEAS 2008-ci ildən fəaliyyətə başlayıb, 2005-ci ildən isə

    London Azərbaycan Cəmiyyəti kimi fəaliyyət göstərib.

     

    Sədr: Tale Heydərov

    Tel: +44 (0)207 104 2246

    Epoçt: emil.agazade@teas.eu

    Internet səhifəsi: www.teas.eu

    Ünvan: The European Azerbaijan Society 11-12 St James’s SquareLondon, SW1Y 4LB

     

    CASPİAN-KHAZRİ (LONDON AZƏRBAYCAN MƏKTƏBİ)

    Rəhbəri: Simuzər Baloğlanova

    Tel: 00 44 (0) 7747 173733

    E-mail: info@caspian-khazri.com

    Web: www.caspian-khazri.com

    Ünvan: 76 B/C Fore Street, Edmonton, London N18 2SL

     

    LONDON-AZƏRBAYCAN EVİ

    Təsisçi: Dr.Ali Tekin Atalar

    Tel: 00 44 20 7613 0740

    E-mail: azerhouse@gmail.com

    İnternet səhifəsi: www.azerbaijanhouse.org

    Ünvan: 228 Kingsland Road, London, E2 8AX United Kingdom

     

     VƏTƏN, AZƏRBAYCAN İNKİŞAF CƏMİYYƏTİ

    Rəhbəri: Murad Oğuz-Həsənli.

    Tel/faks: +44 7881 504255

    E-mail: info@vatan.org.uk

    Interenet səhufəsi: www.vatan.org.uk

    Ünvan: 29 Whitley house, Churchill Gardens, London SW1V 3BH, United

     

    Britaniya Azərbaycan İcması

     Rəhbəri: Fərəməz Əkbəriyan

    Tel/Faks: +44 118 977 27 58

    Ünvan: P.O.Box 3527 Brajknell Berkshire RG12 8 LC

      

    AZƏRBAYCAN TÜRKLƏRİ CƏMİYYƏTİ

     Sədr: Şahrux Məzhəri

    Tel: +44 208 441 03 47

      

    "BARSLEY" AZƏRBAYCAN İCMALAR ASSOSİASİYASI

    Sədr: Sevil Aslanova

    Mob: 0044 7878755228

    E-mail: cevilaslan@hotmail.co.uk

    İnternet səhifəsi: www.bblemi.org

    Ünvan: İngiltərə, Barsley

     

    AZƏRBAYCAN-TURAN MƏDƏNİYYƏT MƏRKƏZİ

    Sədr: Sevil Aslanova

    Mob: 0044 7878755228

    E-mail: cevilaslan@hotmail.co.uk

    Ünvan: İngiltərə, Bannerdale road 224, Şeffild S 11 9FE

     

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)