• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    DANİMARKA

    DANİMARKA - Azərbaycan Cəmiyyət və Təşkilatları


    Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti

    Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Danimarkanın Hillerod şəhərində Elxan Hüseynov tərəfindən təsis edilib. Cəmiyyətin faəliyyəti nəticəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı etməsi haqqında məlumatları artmış, ölkənin ictimai rəyində Azərbaycanın ədalətli mövqeyinə dair fikirlərin formalaşması sürətlənmişdir. Elxan Huseynovun vəfatından sonra Danimarka- Azərbaycan Dostluq Cəmiyyətinə Kəmalə Hüseynova rəhbərlik edir.

     

    Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti

    Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin əsası Orhus şəhərində qoyulmuşdur. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti danimarkalı və azərbaycanlı şəxslərdən ibarət könüllü bir cəmiyyətdir. Cəmiyyətin hədəfi cəmiyyət üzvlərinin qarşılıqlı kültür anlayışları zəminində dialoq yaratmaq və inteqrasiya prosesindən ibarətdir. Hazırda Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yusif Nejatbakışdır.

     

    Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi

    Danimarka-Azərbaycan Turk Qadınlar Birliyi 2009-cu ildə təsis edilmişdir. Birliyin məqsədi Danimarkada yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan haqqında həqiqətləri Danimarka ictimaiyyətinə məqsədyönlü və elmi səviyyədə çatdırmaqdır. Həmçinin, Danimarkada yaşayan azərbaycanlıların milli-mənəvi dəyər və hüquqlarının müdafiəsində, oradakı yurddaşlarımızın problemlərinin həllində yardımçı olmaq da Danimarka- Azərbaycan Türk Qadınlar Birliyinin qarşısına qoyduğu vəzifədir. Danimarka-Azərbaycan Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova, sədr müavini isə Nemət Temaltaşdır.

     

    “Vətən” Cəmiyyəti

    “Vətən” Cəmiyyəti 2007-ci ilin fevral ayından Hillerod şəhərində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. Həmçinin, Azərbaycan xalqının başına gətirilən bəlalar, torpaqlarımızın 20%-nin ermənilər tərəfindən işğalı, 1 milyon insanın qaçqın və məcburu köçkü n həyatı yaşamaq məcburiyyətində qalması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamənin tələblərinin ermənilərin yerinə yetirməməsi barədə danimarkalıların məlumatlandırılması Cəmiyyətin əsas fəaliyyət istiqamətidir.“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqidir.

     

    Danimarkadakı təşkilatlar


    "Vətən" Cəmiyyəti

    Sədr: Səfər Sadiqi

    Tel: 004524670760

    Faks: 004548793939

    E-mail: safarsadiqi@gmail.com

    İnternet səhifəsi: www.vetencemiyyeti.com

    Ünvan: Hillerod

    Qeyd: Hillerod şəhərində təsis edilib.

     

    Danimarka-Azərbaycan “Dostluq” Cəmiyyəti

    Sədr: Kəmalə Hüseynova

    Tel: 004522339877

    E-mail: Azedan@mail.ru

    Ünvan: Hillerod şəh.

     

    Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi

    Sədr: Anaxanım Hüseynova

    Müavin: Nemət Temaltaş

    Mobil: +4522817279

    E-mail: azeri-qizi@hotmail.com

    İnternet səhifəsi: www.bizimyol.net

     

    "Odlar Yurdu" Cəmiyyəti.
    Sədr: Mehriban Alieva
    Qeyd: Kopenhaqen bələdiyəsindən qeydiyyatdan keçib.
    Tel: 0045 48 28 50 68.
    Mob: 0045 42 76 42 76.
    E-mail: odlar.yurdu2012@yahoo.dk
    Unvan : Kopenhaqen şəhəri.

    Danimarka-Azərbaycan Mədəniyyət Mərkəzi

    Sədr: Kərim Xan (Yaşar Azəroğlu)

    Tel: 0045 87 39 07 36;

    Fax: 0045 86 18 08 09

    İnternet səhifəsi: www.indvndr-erradio.dk

     

    Danimarka-Azərbaycan Cəmiyyəti

    Sədr: Abbas Səidlər

    Qeyd: Kopenhagen şəhərində fəaliyyət göstərir

    Tel: (0045) 3297 3004

    Mob: (0045) 26 46 55 60

     

    DAV (Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti)

    Sədr: Yusif Nejatbakış

    Tel: +45 42176065; +45 2993 7133 (saat 09:00-dan 17:30-dək)

    E-mail: dav@azerdan.dk josephnejat@gmail.com

    İnternet səhifəsi: azerdan.dk

    Ünvan: Orhus şəhəri

     

    http://diaspora.gov.az

     

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)