• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    FİNLANDİYA

    FİNLANDİYA - Azərbaycan Cəmiyyət və Təşkilatları

     

    Azərbaycanlı Qadınlar Cəmiyyəti

    Azərbaycanlı Qadınlar Cəmiyyəti sentyabrın 26-da 2011-ci ildə Helsinki şəhərində təsis edilmişdir. Azərbaycanlı Qadınlar Cəmiyyəti Finlandiya Azərbaycanlıları Assosiasiyası nəzdində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq, Avropanın digər olkələrində fəaliyyət göstərən müxtəlif cəmiyyətlərlə əlaqəli fəaliyyət göstərməkdir. Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtaydır.

     

    Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti

    Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 2004-cü il mayın 22-də Finlandiya Respublikasının paytaxtı Helsinki şəhərində təsis edilmişdir. Hazırda bu cəmiyyət Azərbaycan mədəniyyətini və tarixini, xalqımızın adət-ənənələrini geniş təbliğ edir, ölkəmizin qarşılaşdığı problemlər barədə Finlandiya ictimaiyyətinə çatdırmağa calışır. Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətininsədri Təranə Nəzərovadır. Cəmiyyətdə sədr muavinləri isə Vaasa şəhərində yaşayan Fəridə Qədirova və Tampere şəhərində yaşayan soydaşımız Kamran Şahmərddir.

     

    Finlandiya Azərbaycanlıları Assosiasiyası

    Finlandiya Azərbaycanlıları Assosiasiyası 2008-ci il martın 18-də Helsinki şəhərində təsis edilmişdir. Assosiasiyanın məqsədi Azərbaycan cəmiyyətini Finlandiyada təmsil etmək, Azərbaycan toplumunun hər cür problemləri ilə maraqlanıb onlara yardım etmək, Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq, hər iki toplumun bir araya gəlməsinə və müştərək çalışmalarına şərait yaratmaqdır. Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini, bir sözlə, tariximizi fin xalqına tanıtmaqdır. Eyni zamanda, fin xalqının mədəniyyətinin, tarixinin öyrənilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Finlandiya Azərbaycanlıları Assosiasiyası nəzdində Yeniyetmə Gənclər Təşkilatı da fəaliyyət göstərir. Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlıdır.


    Azər-Türk Gənclər Təşkilatı

    Azər-Türk Gənclər Təşkilatı 15.09.2012- ci ildə Finlandiyanın Espoo şəhərində fəaliyyətə başlamışdır. Təşkilatın başlıca məqsədi milli adət - ənənələrimizi, musiqimizi, mədəni irsimizi Azərbaycan və Türk gənclərinin yaddaşına həkk etmək, həmçinin yerli ictimaiyyəti vətənimizin tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, Qarabağ həqiqqətlərinini təbliğ etməklə erməni yalanlarını ifşa etməkdir. Azər-Türk Gənclər Təşkilatın sədri Ülviyyə Cabbarovadır.

     

    Finlandiyadakı təşkilatlar

    Azərbaycan - Finlandiya Dostluq Cəmiyyət
    Sədr: Təranə Nəzərova
    Ünvan: Helsinki 00700, Malmin Raitti 8-10B18
    Tel: +358 414455223
    E-mail: tarana.nazarova@gmail.com

    Finlandiya Azərbaycanlıları Assosiasiyası
    Sədr: Vasif Muradov
    Tel: +358404102614
    Ünvan: Helsinki
    E-mail: vasif.muradli@gmail.com
    Web: www.finlandiya-azerbaycanlilari.fi

    Azərbaycan Qadınlar Cəmiyyəti
    Sədr: Arzu Oqtay
    Ünvan: Helsinki
    Tel: +358440305031
    E-mail: arzu.oqtay@gmail.com
    Web: www.finlandiya-azerbaycanlilari.fi

    Azər-Türk Gənclər Təşkilatı
    Sədr: Ülviyyə Cabbarova
    Ünvan: Finlandiya Ruorimiehenkatu 3 D 77. 02320 Espoo
    Telefon: +358443114148
    E-mail: ulvija.jabbarova@gmail.com

     

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)