• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    FRANSA

    FRANSA -Azərbaycan Cəmiyyət və Təşkilatları


    "Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası

    "Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilmişdir. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ munaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir."Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının sədri Qulam Abiyardır.

     

    Azərbaycan-Fransız Gənclik Assosiasiyası

    Azərbaycan-Fransız Gənclik Assosiasiyası (AFGA) 2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən təsis edilmişdir. Assosiasiyanın ilk prezidenti o zaman Parisdə təhsil alan Babək İsmayılov olmuşdur. Növbəti illərdə təşkilata Mirvari Fətəliyeva başcılıq etmişdir. AFGA bu gün nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir. Fəaliyyət dairəsinin daha geniş olması məqsədilə təkcə tələbələri deyil, eyni zamanda, gəncləri də əhatə edən AFGA-nın 50-dən cox üzvləri sırasına həm azərbaycanlılar, həm də Fransada yaşayan fransız və xaricilər daxildir. AFGA-nın əsas məqsədi mədəniyyətimizi, tariximizi, uğurlarımızı, hətta problemlərimizi çatdırmaqla yanaşı, Azərbaycan- Fransa arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına dəstək verməkdir. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. Təbii ki, Dağlıq Qarabağ məsələsi də daim diqqətdədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan-Fransız Gənclik Assosiasiyasının sədri Vüsalə Məmmədzadədir.

     

    Azərbaycan Kültür Mərkəzi

    Azərbaycan Kültür Mərkəzi 1990-cı ildən Strasburqda fəaliyyət göstərir. Kültür Mərkəzinin məqsədi mədəni tədbirlər və milli bayramlarımızı təşkil etməklə xalqımızın mədəniyyətini, folklorumuzu qoruyub saxlamağa xidmət etməkdir. Azərbaycan Kültür Mərkəzinin sədri Əhməd Mehribanidir.

     

    Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA)

    Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA) 1999-cu ildə Strasburqda təsis olunmuşdur. Assosiasiyanın əsas iş prinsipləri Fransada təhsil alan və məzun olmuş azərbaycanlı tələbələri bir araya gətirmək, Azərbaycanın həqiqətlərini, 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımını həm Fransa ictimaiyyətinə, həm də butun dunyaya catdırmaqdır. Assosiasiya mutəmadi olaraq radio və televiziya kanallarında, eləcə də internet səhifələrində Azərbaycan və onun problemlərindən bəhs edən verilişlər, yazılar hazırlayır. Fransa Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Məmməd İsmayılovdur.

     

    Strasburq “Azərbaycan Evi” Cəmiyyəti

    Strasburq “Azərbaycan Evi” Cəmiyyəti 2005-cı ilin may ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. 3 cəmiyyəti - Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti (APEC Az), Azərbaycan Kültür Cəmiyyəti (A.C.A.) və Azərbaycanlı Tələbələr Cəmiyyətini (ASEAF) özündə birləşdirən “Azərbaycan Evi”nin məqsədi bölgədə yaşayan həmvətənlərimizi bir araya gətirmək, vahid diaspor kimi formalaşmasına yardım göstərmək və Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini təbliğ etmək, onun haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmaqdır. 2007-ci il fevralın 16-dan etibarən "Azərbaycan Evi" Strasburqun mərkəzində və Avropa Şurasından 500 metr aralıda yerləşən ofisdə fəaliyyət göstərir. Strasburq “Azərbaycan Evi” Cəmiyyətinin sədri Mustafa Alincadır.

     

    Fransadakı təşkilatlar


    Paris “Azərbaycan Evi”
    Maison de Azerbaïdjan
    Sədr: Mirvari Fətəliyeva
    Ünvan: 31 rue du Général Delestraint 75016 PARIS
    Tel : +33 6 21 11 24 84
    Fax: +33 9 57 80 89 00
    E-mail: contact.maison.azerbaidjan@gmail.com; mirvari@yahoo.fr

    Strasburg “Azərbaycan Evi”
    2005-ci ildə təsis edilib
    Sədr: Mustafa Alınca
    Ünvan: 7,rue Geiler 67000 Strausbourg
    Tel: 00 33 3 88 60 14 85
    Fax: 00 33 3 88 60 14 85
    E-mail: mustafa_alinca@yahoo.fr
    İneret səhifəsi: www.azmaison.fr

    “Ulduz” cəmiyyəti
    Sədr: Aytən Muradova
    Tel: 0033620537754
    E-mail: ayten.gracco@wanadoo.fr

    Azərbaycan Kültür Mərkəzi
    2001-ci ildə təsis edilib
    Sədr: Əhməd Mehribani
    Tel: 0033 3 88 97 90
    Fax: 33 3 88 62 97 90
    E-mail: info@azertabriz.org

    Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası “ARAZ”
    Sədr: Qulam Abiyar
    Ünvan: Paris
    Tel: +33 673899173
    mob: +33 149037400
    Fax: +33 149037401

    Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası
    1999-ci ildə təsis edilib
    Sədr: Məmməd İsmayılov
    Ünvan: 1a,place des Orphelins 67000, Strasbourg
    Tel: 0033 06 23 45 47 63


    ACAF
    Sedr: Togrul Zeynalov
    Tel: 0781529136
    mail: togrulzeynalov@gmail.com
    face: facebook.com/

    togrul.zeynalov
    twitter: https://twitter.com/

    Az85Fr

    adres: Nantes sheheri, 13 avenue de perigauderie 44130 Bouvron

     

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)