• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Albalılı qozlu plov

    Milli Mətbəx - Quru yeməklər

     

    Ərzaqlar:

    4 st düyü

    300 q çəkilmiş ət

    4 ədəd baş soğan

    6 x.q əridimiş kərə yağı

    100 q kişmiş

    100 q qaysı

    50 q qoz ləpəsi

    250 q tumu çıxarılmış albalı

    1 x.q şəkər tozu

    Ç.q ucunda limon duzu

    Ç.q ucunda sarıkök

    Ç.q zəfəran

    Duz

    Istiot

     

    Qazmaq üçün:

    1 st un

    50 q yağ

    1 ədəd yumurta

    Bir çimik duz

    Ç.q ucunda sarıkök

     

    Hazırlanması:

    • Düyünü yuyub duzlu suda islağa qoyuruq.
    • Zəfəranın üstünə qaynar suyu töküb dəm almağa qoyuruq
    • Unun üstünə duzu və sarıkökü töküb qarışdırırıq
    • Yağı əlavə edib ovuruq.
    • Yumurtanı əlavə edib normal xəmir düzəldirik.
    • Xəmiri qazanın ölçüsündə yayırıq
    • Düyünü adi qaydada duzlu suda bişirib süzürük.
    • Suyuna limon duzu tökürük.
    • Süzdükdən sonra üstünə zəfərən dəmi tökürük.
    • Plovu dəmləyəcəyimiz qazana az yağ töküb əridirik.
    • Yayılmış xəmiri yağın üstünə qoyub yerləşdiririk.
    • Xəmiri istədiyiniz formada kəsə bilərsiniz.
    • Süzülmüş düyünü xəmirin üstünə töküb üstünə yağ əlavə edib 1 saatlıq dəm almağa qoyuruq.
    • Qabığı soyulub yuyulmuş iki soğanı nazik uzun doğrayırıq.
    • Qaysını doğrayırıq. Kişmiş ilə qaysını təmizələyib yuyuruq
    • Qoz ləpəsini blenderdən keçiririk.
    • Doğranmış soğanın üstünə duz, yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.
    • Sonra yuyulmuş kişmiş ilə qaysının yarısını tökürük.
    • 3-5 dəqiqə qovurduqdan sonra şəkər tozunu,qozu və albalını əlavə edirik.
    • Qarışdırırıq. 10-15 dəqiqə vam odda bişiririk.
    • Çəkilmiş ətin üstünə 2 soğanı blenderdən ya da ət çəkən maşından keçirib tökürük.
    • Üstünə yağ,sarıkök, duz və istiot əlavə edib qaydada qiyməni bişənədək qovururuq.
    • Hazır olduqdan sonra kişmiş ilə qaysının yarısını əlavə edirik.
    • 5 dəqiqə kimi qovurub götürürük.
    • Plov dəm aldıqda düyünü qaba təpəcik şəklində yığırıq.
    • Sonra hər iki qara(xuruş) və qazmaq ilə plovu bəzəyirik.
    • Plovun üstünə qaynar yağ töküb süfrəyə veririk.
    • Qaraları düyü yanında ayrıca qabda da verə bilərsiniz.

          Nuş olsun!



    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)