• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Badımcan ləvəngisi

    Milli Mətbəx - Quru yeməklər

    Ərzaqlar:

    13-15 ədəd orta ölçülü badımcan

    250 q qoz ləpəsi

    4 ədəd baş soğan

    2 x.q alça turusu

    6-7 x.q zeyun yağı (yada 2 x.q əridilmiş kərə yağı)

    Duz

    Istiot

     

    Hazırlanması:

    Badımcanları ortasını dolmada olduğu kimi kəsib içini duzlayıb yığıqıq.

    20 dəqiqə qaldıqdan sonra sıxıb acı suyunu çıxarııb yuyuruq.

    Yağı tavaya töküb qızdırıb badımcanların hər tərəfini bişiririk.

    Nə çox bişməsin nə də az bişməsin. (badımcanları suda da işirə bilərsiniz)

    Hazır badımcanları qoyuruq soyuyur.

    Soyuduqdan sonra içinə az duz və istiot vururuq.

    Ləvəngini hazırlamaq üçün qozu maşından keçiririk.

    Soğanı ət maşınından keçirib tənzifdə sıxıb acı suyunu çıxarırıq.

    Soğanın üstünə turşunu, duzu, istiotu və çəkilmiş qozu töküb qarışdırırıq.

    Ləvəngini badımcanların içini doldurub soba qabına yan-yana yığırıq.

    Badımcanları qızartdığımız yağın duru hissəsini badımcanların üstünə tökürüb 200 dərəcə qızdırılmış sobaya bişməyə qoyuruq. (İstəsəniz ocaqda da bişirə bilərsiniz. O zaman az miqdarda su da tökə bilərsiniz)

    Təqribi olaraq 45-50 dəqiqəyə bişəcək.

    Nuş olsun!

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)