• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Elvüsal Məmmədov "VƏTƏN SEVGİSİ" verlişinin qonağı oldu.

    Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Dr.Elvüsal Məmmədov "VƏTƏN SEVGİSİ" verlişində TV-nin rəhbəri Dr.Ceyhun Şakiroğlunun qonağı oldu.

    Dr.Elvüsal Məmmədov "Dində Vətən Anlayışı" mövzusunda ətraflı məlumat verdi. Elvüsal müəllim Vətəni sevməyin bizlər üçün qaçınılmaz olduğunu bildirərək Allah-Təalanın yaratdığı istənilən canlıda Vətən hiss mövcuddur. Heyvanlar, quşlar da öz yuvalarını sevir, onları qoruyurlar. Qışda havalar soyuyanda isti ölkələrə köçən quşlar havalar mülayimləşdikdə  min kilometrlərlə  uzanan məsafələri qət edib geriyə - vətənlərinə dönürlər. Bu sevgi ümumi iman yanaşmasında öz yerini tutur. Necə ki, dinin təməl prinsiplərinə inanmaq möminliyin ayrılmaz göstəricisidir, eləcə də Vətənə, doğma torpağa sevgini də imanın təzahürü kimi qəbul etmək lazımdır.  Elvüsal Məmmədov bu sahədə görülməli olan işlər haqqında fikirlərinidə bölüşüb.

     

    Verilişin videosunu təqdim edirik:

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)