• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Eldəniz Salmanov "VƏTƏN SEVGİSİ" verlişinin qonağı oldu.

    DİNİ EKSPERT, TÜRKDİLLİ DÖVLƏTLƏRLƏ DOSTLUQ VƏ MƏDƏNİ ƏLAQƏLƏR CƏMİYYƏTİNİN SƏDRİ ELDƏNİZ SALMANOV "VƏTƏN SEVGİSİ" verlişində TV-nin rəhbəri Dr.Ceyhun Şakiroğlunun qonağı oldu.

    E.Salmanov çıxışında: "Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir" dedi. Daha sonra Salmanov qeyd etdi ki: "Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bizlər bunu unutmamalıyıq. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Şəhidlərimizin adını yaşatmaq üçün bağçalara, məktəblərə, körpülərə və.s yerlərə kütləvi şəkildə Şəhid və Qazilərimizin adını verməliyik. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur". 

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)