• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

    1.Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi yaradılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    2.1. Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturunu, xərclər smetasını və işçilərin ümumi say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.2. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.3. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti.
    Bakı şəhəri, 19 noyabr 2008-ci il.

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)