• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
    “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 79) aşağıdakı dəyişikliklər edilsin:
    1. 5.3-cü maddədə “müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” sözləri “tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” sözləri ilə əvəz edilsin.
    2. 6.2-ci maddədə “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilsin.
    3. 6.3-cü maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri çıxarılsın, “verilə bilər” sözləri “qanunla müəyyən edilir” sözləri ilə əvəz edilsin.
    4. 6.4-cü maddədə “göstərilə bilər” sözləri “göstərilir” sözü ilə əvəz edilsin.
    5. 7.1-ci və 8.0.3-cü maddələrdən “zəruri” sözü çıxarılsın.
    6. 11-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 29 noyabr 2016-cı il.

    . www.president.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)