• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Sabahın HAVAsı - Foto

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)