• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələrinin ləğvi barədə qanun qüvvəyə minib

    Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

    DiasporTV-nin məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin, qanundan irəli gələn digər məsələləri həll etsin.

    Qeyd edək ki, dəyişikliklərə əsasən, Dövlət müşaviri vəzifəsi “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılıb.

    Dəyişikliklər Milli Məclisin 31 oktyabr 2017-ci il tarixli iclasında qəbul olunub.

     Əlavə edək ki, dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub. apa.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)