• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Prezident: “İnformasiya texnologiyaları Azərbaycan üçün prioritet sahələrdən biridir” - YENİLƏNİB

    Azərbaycan pezidenti İlham Əliyev CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    DiasporTV-nin məlumatına görə, Q. Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiilə səmərəli əməkdaşlıq etdiyini deyib.

    Prezident İlham Əliyevlə əvvəlki görüşlərini məmnunluqla xatırlayan qonaq həmin görüşlərdən sonra çox yaxşı nəticələrin əldə olunduğunu bildirib. Azərbaycanla bağlı bir sıra mühüm layihələr üzərində işlədiklərini deyən Q. Didrix CISCO şirkətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini və Azərbaycanda işlərin qısa zaman ərzində səmərəli şəkildə icrası üçün hər cür imkanların olduğunu vurğulayıb.

    Prezident İlham Əliyev CISCO şirkəti ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini bildirib. Dövlət başçısı, öz növbəsində, şirkətin rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və həmin görüşlərdən keçən dövr ərzində əlaqələrimizin inkişafı üçün yaxşı əsasların yarandığını qeyd edib, bu əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

    İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd edib.

    *** 14.19

    Prezident İlham Əliyev noyabrın 29-da CISCO şirkətinin nümayəndə heyətini qəbul edib.

    APA-nın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.  

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)