• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanın hərbi aviabazalarında olub

    Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.

    Görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

    Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib.

    Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib. apa.az

    Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanın hərbi aviabazalarında olubt

    Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanın hərbi aviabazalarında olubn

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)