• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu müzakirə edilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

    DiasporTV "OLAYLAR"-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına dövlət dəstəyindən danışıb. O, həmçinin xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə malik olduğunu, bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu bildirib.

    DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında "İslam Həmrəyliyi İli" çərçivəsində görülən işlər, həm ölkə miqyasında, həm də ölkə xaricində keçirilən beynəlxalq tədbirlərin Azərbaycanın, ölkə prezidenti cənab İlham Əliyevin dünyada dinlərarası, mədəniyyətlərarası həmrəyliyə və dialoqa töhfəsi kimi yüksək qiymətləndirildiyini vurğulayıb.

    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)