• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    QHT-lər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi

    Bu gün “Park İnn” oteldə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının Ümumrespublika Konfransı keçirilib. Ümumrespublika Konfransının əsas səbəbi QHT-lərin İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi olmuşdur. Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni prezident seçkilərinin aprelin 11-nə təyin olunmasında qanunazid deyil və tam tərsinə milli maraqlara xidmət etdiyini qeyd etdi.

    01
    İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı çıxışında qeyd etdiki: “Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 gündən endirilməsi və seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edirlər: “Ancaq sonradan araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır. Biz hesab edirik ki, gələcəkdə seçki komissiyaları da ümumiyyətlə, siyasi partiyaların inhisarından çıxarılmalı, müstəqil ekspertlərdən, QHT nümayəndələrindən, jurnalistlərdən təşkil edilməlidir.

    02

    Azərbaycan demokratik ölkədir, son referendumda qəbul edilən Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 il olacaq. 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcəkdi. Ona görə də ölkə rəhbəri prezident seçkilərinin yazda keçirilməsi barədə sərəncam verib. Digər tərəfdən, qarşıdakı dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atıla bilər. Bu da prezident seçkilərinin vaxtının dəyişdirilməsinə təsir göstərən amillər sırasında ola bilər".”.
    Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət çıxışında qeyd etdi ki: “Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir, sabitlik mövcuddur: “Bizim namizədimiz İlham Əliyev olacaq”.

    04
    Daha sonra digər QHT sədrlərindən Azərbaycan Qaçqınlar Cəmiyyəti sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli Qaşqın və Məcburi köçkünlərin yekdilliklə ölkə rəhbəri Prezident İlham Əliyev ətrafinda birləşərək növbəti nəyinki yeddi ildə, həmişə cənab prezidentimizi dəstəkliyəcəklər.
    Çıxışlardan sonra Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı QHT-lər adından prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qəbul olunan müraciəti oxudu.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)