• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    “Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız” - Fuad Muradov

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunan Fuad Muradov yeni vəzifəyə təyin olunması ilə bağlı paylaşım edib.

    diasportv.az saytı xəbər verir ki, bu barədə komitə sədri özünün feysbuk hesabında yazıb:

    “Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz. Bu yüksək etimada görə cənab prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi. Mən əminəm ki, sizin hər birinizinin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimiz ilə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm”.

    xd

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)