• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Dünya azərbaycanlıları “AXC-nin 100 illiyi” kampaniyasını keçirəcək

    Ötən ay vətəndaş cəmiyyəti və diaspor nümayəndələrinin təşəbbüsü ilə Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması yaradılıb.

    Platforma çərçivəsində könüllü olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası keçiriləcək. Kampaniyanın təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
    Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir.
    Kampaniyaya 12 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Avstraliya, Kipr) diaspor təşkilatları qoşulub. Layihə çərçivəsində 20 gün ərzində hər dəfə bir ölkədəki diaspor üzvləri yaşadıqları şəhərin məşhur meydanlarında yerli xalq arasında AXC haqqında məlumatlandırma aparacaqlar. Eyni zamanda əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan poster tutaraq dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndərəcəklər. Ayrıca Azərbaycandakı 20 QHT bu kampaniyanın virtual təbliğatını aparacaq. Sonda isə 12 ölkədən diaspor təşkilatlarının göndərdikləri videolardan ibarət video-çarx hazırlanacaq.


    Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:

    Xaricdəkilər
    1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti
    2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti
    3. Benilüks Azərbaycanlıları Konqresi
    4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi
    5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı
    6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi
    7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti
    8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı
    9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti
    10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi
    11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru
    12. Norveçdə Atropatena Təşkilatı
    13. Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyası
    14. Polşada Azərbaycanlı Gənclər Şurası

    Azərbaycandakılar
    15. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
    16. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
    17. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
    18. Gənclərin Həmrəyliyi İctimai Birliyi
    19. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
    20. Azərbaycan Diasporu İnformasiya Mərkəzi
    21. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
    22. "Vəfa" Sosial-İctimai Birliyi
    23. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
    24. Gəncə Regional Qadın Mərkəzi
    25. DiasporTV
    26. AMEA-nın Mərkəzi Elmi Kitabxanası
    27. Dünya Gənc Türk Yazarlar Birliyi
    28. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi
    29. Sabir Fondu
    30. XX Əsrin Qadınları İctimai Birliyi
    31. Beynəlxal Mutikultural Şəbəkəsi
    32. ENACTUS Azərbaycan
    33. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi
    34. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi

    DJB-nin Mətbuat xidməti

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)