• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Fuad Muradov Fransa nümayəndə heyəti ilə görüşüb

    Bakıda səfərdə olan Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

    Görüşdə Dövlət Komitəsi ilə Kalmar şəhəri arasında əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, gələcək fəaliyyət planları müzakirə edilib, Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərə dair təkliflər səsləndirilib və konkret addımlar barədə fikir mübadilə aparılıb.

    Görüşdə eyni zamanda, son vaxtlar ermənipərəst diaspor təşkilatlarının dəvətilə Fransanın rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərinin artmasından dərin narahatlıq ifadə olunub.

    Qeyd edək ki, Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşü zamanı çəkdirdiyi fotonu rəsmi facebook səhifəsində paylaşaraq bu barədə izləyicilərinə də məlumat verib.

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)