• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Vəsilə Vahidqızı Dövlət Komitəsinin mətbuat katibi təyin edilib

    İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub. Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək. Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.

     

    http://diaspora.gov.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)