• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    DAK “Azərbaycan Xalq Cumhuriyyəti-100 və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

    23 may 2018-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti-100 və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. DAK.az-ın məlumatına görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və 1945-46-ci illərdə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin marşı səsləndirilib.
    Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb: “Bu il Azərbaycanda cümhuriyyət tarixinin 100 yaşı tamam olur.Arazın o tayı və bu tayı Qacar xanədanlığı ilə çar Rusiyası arasında bölündüyü gündən mənəvi bağlılıq davamlı olaraq yaşadılıb. Əslində, bunu bir güzgüyə də bənzətmək olar, yəni Azərbaycanın şimalında baş verənlər cənubda, Güney Azərbaycanda baş verənlər isə simalda əks-səda doğururdu. Məsələn, 1905-1907-ci illərdə Arazın şimalında baş verən proseslər Güney Azərbaycana ciddi təsir göstərdi. Səttar xanın rəhbərliyi altında Məşrutə Hərəkatı başladı, ancaq qan içində boğuldu. Daha sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu, daha sonra Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında azadlıq mücadiləsi başladı. Cümhuriyyət bolşevik Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra cənubdakı hərəkat da İran tərəfindən qan içində boğuldu”. Onun sözlərinə görə, Gülüstan müqaviləsindən 190 il keçir: “Bu müddət ərzində milləti müxtəlif vasitələrlə bölməyə çalışıblar. Ancaq bütün səylərə baxmayaraq, Arazın hər iki tayındakılar bir-birini yaxşı başa düşür. Güney Azərbaycanı, Azərbaycanın bütövlüyünü, tarixini, coğrafiyasını unutmaq olmaz. DAK olaraq, bu məsələləri gündəmə gətirməyi özümüzə borc bilirik”.Sabir Rüstəmxanlı AXC-nın dövründə görülən işlər barədə də qeyd edib: “Azərbaycan Xalq Cümhuriyyəti 23 illik fəaliyyəti dövründə bir çox işlər görüb. Cümhuriyyətin dörd xarici işlər naziri olub, onların hamısı da İranla münasibətlərə xüsusi əhəmiyyət verib. Çünki İran Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq tanımır, ərazi iddiaları ilə çıxış edirdi. 1919-cu ilin yayından İranla ticarət əlaqələri quruldu, xeyli sayda müqavilələr imzalandı. Eyni zamanda Azərbaycanın Təbrizdə Baş Konsulluğu fəaliyyətə başladı”.
    AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan elmi araşdırmalar şöbəsinin böyük aparıcı elmi işçisi, tədqiqatçı-alim Əkrəm Rəhimlinin (Bije) çıxışında vurğilayıb ki, bu gün böyük tarixi hadisənin 100 illik yubileyi qeyd olunur: “Bu Cümhuriyyətin yaradılması Azərbaycan xalqının istək və arzularının nəticəsi idi. Təbii ki, Cümhuriyyət qurucuları sırasında Məhəmməd Əmin Rəsulzadənin adını xüsusi qeyd etmək olar, çünki onun əməyi böyük olub. Bunu onun zəngin irsini tədqiq etməklə yaxşı görə bilərik. M.Ə.Rəsulzadə “İran türkləri” əsərində Güney Azərbaycan məsələsinə hərtərəfli toxunulub. Məhz qaşqayların türk olduğunu da Rəsulzadə ortaya çıxarıb. O, Səttar xanın rəhbərliyi altında başlanan Məşrutə hərəkatına hərtərəfli dəstək verib. Bu günə görə fəxr etməliyik”.

    cf
    DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı isə 22 May hadisələri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib: “Ötən gün 22 may hadisələrinin ildönümü idi. 2006-cı ildə baş vermiş hadisələrdən 12 il ötür. “İran” qəzetində Azərbaycan türkləri tarakana bənzədilmişdi. Nəticədə Güney Azərbaycanı etirazlar bürümüşdü. Aksiyaların zorakılıqla yatırılması nəticəsində 30 şəhid verdik. Ancaq bununla bağlı heç bir tədbir keçirilmir, hadisə yad edilmir. Azərbaycanın İranla münasibətləri düzəlib deyə Güney Azərbaycanı unutmalıyıq? Bu gün Azərbaycanda guneylilərə qarşı ayrı-seçkilik var, problemlərimiz həll olunmur. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar Güney Azərbaycan məsələsinə laqeyd qalırlar. Azərbaycanda Güney Azərbaycan Ocağı yaradılmalıdır. Bakıda keçirilən qurultaylara Azərbaycandakı guneyliləri deyil, xaricdəkiləri çağırırlar”.

    bb
    Fəlsəfə elmləri doktoru Yadigar Türkel Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyi münasibətilə geniş məruzə ilə çıxış edib: “Beyler, beyimler, günaydın! Azerbaycan Respublikasının yüz illiyi bayramınız gutlu olsun! Yüz il bundan gabag, 1918-ci il mayın 28-de, Tiflisde Azerbaycan Demokratik Respublikası yaradılmışdır. 1917-ci ilin fevral devtiminden sonra Rusiya İmperiyasındakı olaylar, Birinci Dünya Savaşının sona çatmasından sonrakı geopolitik prosesler Azerbaycan Türklerinin Güney Gafgaz Seymindeki 44 ulus elçisini Azerbaycan Milli Şurası adı altında topladı. Azerbaycan Milli Şurası 1918-ci il mayın 28-de Tiflisde doktor Hesen bey Ağayevin başçılığında keçirilen toplantıda “Bağımsızlıg Bildirgesi” – “İstiglal Beyennamesi”le Azerbaycan Respublikasını yaratdı. Bu olay o çağlar Türk-müselman olduglarından Rusiya İmperiyanın 3-cü çeşid insanlarından sayılıb, “ölüler”, “ölü canlar”, “diri ölüler” kimi aşağılayıcı adlar goyulmuş Azerbaycan Türklerinin son min illik tarixinin en böyük, en ünlü olayı idi! Bağımsızlıg Bildirgesini Hesen bey Ağayev, Feteli Xan Xoyski, Nesib bey Yusifbeyli, Camo bey Hacinski, Şefi bey Rüstembeyli, Neriman bey Nerimanbeyov, Cavad bey Melikyeganov, Mustafa Mahmudov gollamışlar. Azerbaycan Respublikasının yaradılma Bildirgesi Mayın 30-da Azerbaycan Nazirler Şurasının sedri, Azerbaycan Respublikasının ilk baş bakanı Feteli Xan Xoyskinin adından dünyanın London, Paris, Vaşington, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Vyana, Buxarest, Tokio, Haaga, Kopenhagen, Stokolm kimi politik ortaglıglarına gönderilmişdir. Bağımsızlıg Bildirgesile Azerbaycan Türkleri politik ulusa çevrilmiş, Azerbaycan adı da coğrafi anlamdan çıxıb politik anlam gazanmışdır. O çağda Azerbaycan Respublikasının başkendi Bakı – Rus-ermeni-sovet-mason bolşefaşitlerinin elinde idi. Birinci Dünya Savaşında Rusiya İmperiyası Ordusu ile birlikde vuruşan, sayı 15 minden çox Ermeni ordusu bolşevik adı altında Rus ulusunun adından yararlanıb Bakını tutmuşdu. Stepan Şaumyan Rusiya Bolşeviklerinin başçısı Leninin verdiyi yönetim belgesine, pula, orduya dayanarag Rus adı altında “Böyük Ermenistan” yaradırdı. Bu yanlış isteklerine çatmağa çalışan Ermeniler 1918-ci il martın 31den 2-dek Bakıda, Azerbaycanın Şamaxı, Guba, Gence, Lenkeran, Bilesuvar, elece de başga yerlerinde Azerbaycan Türklerini soygırıma uğratdılar. İyunun 16-da Genceye gelen Azerbaycan Ağalığının bahadırları yoxdan bir bayrag galdırıb yaratdıglarını bildirdikleri gutlu idealı – Azerbaycan Respublikasını gurmağa başladılar. Azerbaycan Ağalığı Azerbaycan Milli Şurasının sedri Mehemmed Emin Rasulzadenin, Dış İşleri bakanı Mehemmed Hasan Hacinskinin 1918-ci il iyunun 4-de Batumda Osmanlı İmperatorluğu ile bağladığı Anlaşmaya dayanarag Azerbaycan Türklerine yardıma gelmiş Ordu güclerile Ermeni guldurlarını vurub Genceden çıxardılar, bölgede yaşayan Ermeniler Azerbaycan Ağalığını tanıdı. Azerbaycan Ağalığı Azerbaycan Ordusunu yaratmag üçün çalışmalara başladı. Gencede Praporşikler-kiçik subaylar okulu açıldı. Rusiya İmperiyasında Türkler-müselmanlar orduya alınmadığından Azerbaycan Türklerinde orduçulug düşüncesi yoxdu. Buna baxmayarag, 1905-ci il Rus devriminden sonra Azerbaycan Türklerinden tek-tek de olsa Rus Ordu okullarını bitirmiş, Birinci Dünya Savaşında Rus Ordusunda vuruşmuş orduçu vardı. Semed Bey Mehmandar, Aliağa Şıxlinski, Hebib bey Selimov, İbrahim Vekilov, 5 Gacar gardaşları… Onlar, Nuru Paşanın başçılığındakı Gafgaz İslam Ordusundan olan subaylar, Polşa ve Krım Türklerinden – Memmed bey Sulkevç, Tlexas, elece de Rus, Gürcü uluslarından olan orduçular yoxdan Azerbaycan Ordusunu yaratmağa başladılar. Azerbaycan Ordusu Gafgaz Islam Ordusunun desteyile 1918-ci il sentyabrın 15-de Azerbaycan Respublikasının başkendi Bakını Rus-ermeni-sovet-mason bolşefaşistlerinden gurtardı, Azerbaycan Ağalığı Genceden Bakıya köçdü. Azerbaycan Respublikasının dövlet göstericilerini yaradan Azerbaycan Ağalığı iyunun 21-de sekkizbucag ay-ulduzlu al bayragı Azerbaycan Respublikasının dövlet bayrağıtek almışdı. Ancag yağılar al bayrağın Türkiye Türklerinin bayrağına oxşadığını mahna ederek Böyük Dövletler Ordusunun komandanı general Tomsona yasaglatdılar. Azerbaycan Ağalığı Noyabrın 9-da üçboyalı, ay-ulduzlu, Cefer Cabbarlının “Yaşıl donlu, al yanaglı, mavi gözlü sevdiyim” deyib öydüyü Azerbaycan bayrağını uyguladı. Iyunun 26-de Müselman Ordu Korpusu Alahidde Azerbaycan Korpusuna çevrildi. Bu Azerbaycan Ordusunun yarandığı gutlu gündür. Azerbaycan Ordusu Nuru paşanın Gurtuluş Ordusu ile Bakını gurtarandan sonra bir az dincelerek sentyabrın sonlarından ölkenin yağı elinde galmış başga yerlerini, eleçe de Gafgaz Ellerinin yurdu Dağıstan Respublikasını gurtarmağ üçün Port-Petrovska doğrü yürüşe başlayıb, Port-Petrovski de Rus-ermen-sovet-mason güclerinin elinden gurtardı. Beyler, beyimler, bir ulus bu dünyada var olmag üçün özünü tanımalı, özünü tanımalı, özünü tanıtmalı, özünü doğrulamalıdır. Özünütanımanın ilk aracı ulusun dilini, onun adını anlamasıdır. Azerbaycan Respublikasının bunu bilen Ağalığı 1918-ci il iyunun 27-de Türk dilini Azerbaycan Respublikasının dövlet dili olduğunu bildirdi. Birinci Dünya Savaşının sona çatması ile dünyadakı politik prosesler çox tez-tez deyişirdi. Azerbaycanın dövlet guran bahadırları geopolitik deyişmeleri yüksek yurdseverlik duyğuları, dövletçilik bacarığı ile Azerbaycan Respublikasının bağımsızlığını gorumağa çalışırdılar. Gardaş Türkiyenin Birinci Dünya Savaşda yenilmesinden sonra Birlik Dövletleri Ordusunun noyabrın 17-de Bakını tutacağı bildirildi. Azerbaycan Ağalığı Ahmed bey Ağa oğlu, Nesib bey Yusifbeyli, Musa bey Refiyevden yaradılmış Elçiliyi general Tomsonla danışmag üçün Enzeliye gönderdi. Oçağadek yağılar general Tomsona Azerbaycanda ulusun seçdiyi Ağalıg yox, bir bölük xan-beyin gurduğu yasa dışı guruluşun olduğunu çatdırmışdılar. General Tomson Elçilere Azerbaycanda ulusun seçdiyi yasal ağalığın olmadığını deyirdiler. Siz bunun tersini söyleyirsiniz. Eledirse, gelerik, yerinde görerik – demişdir. Bundan sonra olaylar iyunun 17-de Gencede keçici olarag çalışmağı saxlayıb bütün hüguglarını Azerbaycanın bağımsızlıg hügugunu heç kime vermeyecek Azerbaycan Ağalığına verib özünü buraxmış Azerbaycan Milli Şurası Mehemmed Emin Resulzadenin başçılığında noyabrın 16-da toplandı. Azerbaycan Milli Şurası noyabrın 20-de ulusun bütün gatlarından elçilerinin olacağı Azerbaycan Parlamentinin Dekabrın 7-de Bakıda çağrılması gerarlaşdırıldı. Azerbaycan Respublikasının Parlamenti 1918-ci il dekabrın 7-de Bakıda açıldı. Güvenliyi İngilis Ordusu goruyurdu. Azerbaycan Milli Şurasının başçısı Mehemmed Emin Rasulzade parlamenti açıb açılış çıxışı etdi. Parlamentin prosedürüne uyğun olarag yönetim seçildi. Azerbaycan Parlamentinin başcılığına Müsavatla Biterefler fraksiyasının ireli sürdüyü Alimerdan bey Topçubaşı, birinci yardımçılığına Hasan bey Ağayev seçildi. Alimerdan bey Topçubaşı Paris Barış Konfransındakı Azerbaycan Elçiliyinin başında İstanbulda olduğından Parlamente başçılığıbirinci yardımçı Hasan bey Ağayev etdi. Mehemmed Emin Rasulzade Azerbaycan Respublikası Parlamentinin 16 yanvar 1919-cu ildeki 8 saylı toplantısında “Biz parlamentarizmi gebul etmiş olan memleketlerin, ezcümle İngilterenin ganunlarından golaylıgla istifade ede bilerz” deyir. Azerbaycan Respublikası Parlamentinin 145 toplantısı keçirilmişdir. Son toplantı 1920-ci il aprelin 27-de gece saat 10-dan sonra keçirilmişdir. Mehemmed Emin Rasulzade yazırdı: Parlament hakimi mütleg idi. Parlamentin onayı olmadan bir manat pul xercleyemezdi, gerar verilmezdi. Parlamentin beyendiyi Ağalıg çalışır, onaylamadığı düşürdü. Azerbaycan Ağalığı bütün gücü ile ölkeni ekonomisini dirçeltmeye, kültür, sağlamlıg sistemlerini gelişdirmeye çalıırdı. Azerbaycan Dövlet Bankının, Bakı Dövlet Universitetinin açılması, bölgelerde Orta okulların, sağlamlıg gurumlarının açılması böyük işlerdendi.
    Mehemmed Emin Rasulzadə 1918-ci il dekabrın 10-da Azerbaycan Parlamentinin 2-ci toplantısındakı çıxışında demişdir: “Bizim yaxın meqsedlerimizden biri olan Azerbaycan muxtariyetini teleb ederken hem sağdan, hem de soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqteden, soldakılar da başqa bir nöqteden Azerbaycan muxtariyetini inkar edirdiler. Sağdan deyirdiler: Azerbaycan, Azerbaycan deye-deye müselmanları parçalayır, türklük bayrağı qalxızarken – neuzu billah (Allah elemesin) – islama xeter vurursunuz [Bu söz AC Parlamentinin Stenoqramlarında B., 1998, yanlış olaraq Nufuzu bala – Allah dağıtsın kimi açılıb]. Soldan da Azerbaycan davasının bizi inqilabçı, hürriyetperver Rusiya demokratiyasından ayırdığını, xan, bey hökumeti düzeltmeye sebeb olduğunu iddia edirdiler…daima Azerbaycan mefkuresinin (Rus dilindeki metndə azerbaydjanizm – azerbaycançılıq) müdafieçisi olan firqemiz üçün bu gün o böyük meqsed hasil olmuşdur. Çünki artıq gerek sağlar, gerekse sollar Azerbaycanı inkar deyil, var qenaetlerile isbat edirler. Çünki artıq Azerbaycan fikri üzerinde müselman firqeləri arasında ixtilafi-nezer yoxdur. Çünki artıq cemiyetimizin zehnində Azerbaycan istiqlalının fikri yer tutmuş, yerleşmişdir. Çünki üçrengli o meğrur bayraq artıq siyasetn hamımızı birleşdirmişdir”.
    Tədbirdə həmçinin Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycan Demokrat Firqəsinin rəsmisi Yədulla Kənani və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.


    http://dak.az

     

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)