• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    BDM Sankt-Peterburqda Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərini davam etdirir 

    2018-ci il may ayının 28-də Müsəlman Şərqində qurulmuş ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Bununla əlaqədar olaraq ölkə Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamında qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

    dd
    Bu çərçivədə kifayət qədər zəngin tədbirlər keçirildi. Qeyd edək ki, belə tədbirlər ölkə hüdudlarından kənarda da çox təşkil olunub və keçirilməsi nəzərdə tutulur. Ona görə nəzərdə tutulur demək olar ki, bu il Azərbaycanda “Cümhuriyyət ili” elan olunub. İl başa çatmadığı üçün, həmin çərçivədə bir sıra tədbirlərin həm ölkə daxilində, həm də xaricində keçirilməsi gözlənir. Həm ölkə daxilində, həm də xaricində bu qəbildən olan tədbirlərin keçirilməsi Azərbaycanın dünyada müstəqil dövlət kimi sanbalının möhkəmlənməsində nə kimi rol oynadı?

    Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlar hazırda Sankt-Peterburq şəhərində Cümhuriyyətin 100 illiyi ilə bağlı layihə icra edirlər:

     d

    “Biz QHT-lərə ayrılan qrant vasitəsilə Rusiyanın ən böyük şəhərlərindən birində bayram tədbirləri keçiririk. Layihənin planından da görünür ki, tədbirlər silsilə xarakterlidir. Biz “Millətlər evi”ndə başqa xalqların nümayəndələri ilə görüş keçirib, bayramın mahiyyəti barədə geniş danışdıq. Bundan əlavə, Sankt-Peterburq şəhərindəki bir neçə nüfuzlu universitetdə tədbirlər keçirdik. Cümhuriyyətimizin 100 illiyini simvolizə edən hədiyyələri tələbələrə payladıq. Həmin şəhərdə Nizamı Gəncəvinin adını daşıyan parkda açıq havada konsert keçirdik. Havaya “Cümhuriyyət -100” yazılan şarlar buraxdıq. Bunları ona görə sadalayıram ki, keçirilən tədbirlərin mahiyyəti tam bəlli olsun. İndi təsəvvür edin ki, bir təşkilat bu qədər iş görürsə, görün, ümumilikdə bu işlərə hansı töhfələr verilib. Bütün bu tədbirlərin bir qayəsi var – Azərbaycanın şanlı tarixini, onun keçdiyi şərəfli yolu dünyaya çatdırmaq. Bununla yanaşı, müstəqil, müasir Azərbaycanın həmin AXC-nin varisi olduğunu vurğulamaq. Təbii ki, biz bu işləri Azərbaycanın ayırdığı qrantlar hesabına həyata keçiririk. Bunun özü elə ölkəmizin sanbalından xəbər verir. Ermənistan kimi ölkə öz vətəndaşlarına verməyə çörək tapmır, amma Azərbaycan görün nələr edir. Bizimlə onların müstəqilliyi, demək olar ki, eyni vaxtda elan edilib. Ancaq gəlin bu istiqamətdə keçirilən tədbirlərimiz arasında paralellər aparaq. Məlum olacaq ki, Ermənistanın bu adla tədbirləri keçirməyə heç vəsaiti yoxdur. Hesab edirəm ki, bütün amillərə görə AXC-nin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərin ölkəmizin sanbalının möhkəmlənməsində oynadığı mühüm rol danılmazdır”.

     

    http://azinforum.az

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)