• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Yeni yaradılmış “Social Hub” İnnovasiyalar Mərkəzinə ümidlər böyükdür 

    Müasir dövrdə azərbaycanlı gənclərin sosial innovasiyalara marağı böyükdür və onların innovativ ideyalarının reallaşdırılması üçün imkanlar yaradılır. Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı və “Social Hub” İnnovasiyalar Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilmiş tədbirdə səsləndirilib. Tədbirdə Azərbaycan milli innovasiya ekosistemi olaraq gücləri birləşdirməklə, sosial innovasiyalar və təşəbbüskarlığın təşviqi ilə yanaşı, qlobal ekosisteminə inteqrasiya müzakirə edilib.

    vgf
    Tədbirdə çıxış etmiş “Social Hub”İnnovasiylar Mərkəzinin həmtəsisçisi Nərgiz Xələf təşkilatın əsas məqsədi barədə məlumat verib. Qloballaşan dünyada informasiya texnologiyalarının və sosial innovasiyaların əhəmiyyətindən söz açan natiq bildirib ki, ölkəmizin də bu sahədə beynəlxalq aləmdə təmsil edilməsi olduqca aktualdır. Hədəflərinin beynəlxalq aləmə çıxış olduğunu vurğulayan Nərgiz Xələf bunun üçün fəaliyyətə başladıqlarını vurğulayıb və onlara dəstək olanlara minnətdarlıq edib. Daha sonra AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Rüstəm Abdullayev, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Fuad Hümbətov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndəsi Anar Cəfərov çıxış edərək innnovativ texnologiyaların dünyadakı yerindən və inkişaf istiqamətlərindən, bu sahənin Azərbaycanda inkişafının vacibliyindən danışıblar. Bu baxımdan yeni yaradılmış qurumun cəhdləri yüksək qiymətləndirilib.
    Ölkəmizin davamlı inkişafının sahibkarlıqdan keçdiyini vurğulayan tədbir iştirakçıları bu yolda yeni innovativ ideyalarla çıxış edən gənclərə daima dəstək göstərildiyini deyiblər.
    Tədbirin sonunda “Social Hub”İnnovasiyalar Mərkəzinin digər həmtəsisçiləri Amin Məmmədov mərkəzin strateji planları, mərkəzin həmtəsisçisi Vüsal Süleymanlı isə mövcüd layihələr haqqında məlumat verib. Azərbaycan və qlobal innovasiya ekosisteminin aktuallığı, “Social Hub” təşkilatının fəaliyyət sahələri və gələcək layihələr haqqında məlumat verilib. O cümlədən ölkəmiz üçün sosial innovasiyalar və sahibkarlığın önəmindən bəhs edilib.
    Tədbirdə Azərbaycanın innovasiya və sahibkarlıq ekosisteminin üzvləri, Dövlət nümayəndələri, səfirlik, Avropa ittifaqı, Birləşmiş Millətlər Təşkilatı, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin biznes inkubatorlar və gənc alimlər də iştirak edib.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)