• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    Avtomobil təkərlərindən 5000 ədəd siqaret çıxdı - Foto

    Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

    Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)