• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    MƏMMƏD ƏLİ RƏSULZADƏ

    M.Ə.Rəsulzadə 1882-ci il aprelin 7-də Bakının Novxanı kəndində anadan olmuşdur. O, ilk təhsilini din xadimi olanan atasının yanında almış, sonralar isə məşhur maarifpərvər S.M.Qənizadənin rəhbərliyi altında açılmış ikinci rus-müsəlman məktəbində davam etdirmişdir. Məmməd Əli Rəsulzadə Məmməd Əmin Rəsulzadənin əmisi oğludur. O, inqilabi fəaliyyətə M.Ə.Rəsulzadənin rəhbərliyi altında yaranmış (1902) və azərbaycanda rus müstəmləkəçiliyinə qarşı mübarizə aparan “Müsəlman gənclik təşkilatı”nda başlamışdır.
    1907-ci ildə Balaxanı neft rayonunda “Neft sənayesi fəhlələrinin ittifaqı”nın təşkil olunmasında yaxından iştirak etmişdir.1911-ci ilin oktyabr ayında Bakıda gizli şəkildə təşkil olunmuş müsəlman demokratik “Müsavat” partiyasının ilk yaradıcılarından biri də Məmməd Əli Rəsulzadə idi. Məmməd Əli “Musavat”Partiyasının əsas orqanı “Açıq söz” qəzetinin naşiri olmuşdur.
    O, 1918-ci il mayın 28-dən sonra Azərbaycan parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilmiş və yeni təşkil olunmuş hökumət mətbəəsinə müdir təyin olunmuşdur.1920-ci ildən sonra Məmməd Əli iki ilə yaxın Moskvada Millətlər Komissarlığına tabe olan kooperativdə işləmişdir. 1922-ci ilin yayında Bakıdan İrana, oradan da İstanbula mühacirət etmişdir. Onun Türkiyədə Azərbaycan ədəbiyyatını təbliğ etmək sahəsində fəaliyyəti diqqətə layiqdir.
    O, 1952-ciildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında məqalələrlə çıxış etmişdir.
    Öz dövrünün tanınmış siyasi və ictimai xadimi olan Məmməd Əli Rəsulzadə 1982 ci ildə fevralın 3-də 100 yaşına 2 ay qalmış İstanbulda vəfat etmişdir.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)