• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    MƏMMƏD ƏMİN RƏSULZADƏ

    Məmməd Əmin Rəsulzadə1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. O, ev tərbiyəsi görmüş, heç bir xüsusi təhsil almamışdır. ancaq bir naçə il texniki(sənət) məktəbdə oxumuşdur. M.Ə.Rəsulzadə əmək fəaliyyətinə “Kaspi” qəzetində mürəttib kimi başlamış və burada həyat məktəbi keçmişdir. İlk yazısı 1903-cü ildə Tiflisdə Məmməd ağa Şaxtaxtinskinin nəşr etdirdiyi “Şərqi-Rus” qəzetində işıq üzü görmüşdü. Məmməd Əminin bədii yaradıcılığı XX əsrin ilk on illərinə təsadüf edir. Ədəbi ictimaiyyətə bəlli olan şairlər, dram əsərləri və bədii tərcümələri də əsasən o dövrün məhsuludur. Bədii yaradıcılıq Məmməd Əmin üçün əyləncə deyil, siyasi mübarizə formalarından biri idi. O, mətbu fəaliyyətinə demək olar ki,elə şeirlə başlamışdır.
    1903-cü il aprelin 26-da “Şərqi-Rus”dakı təbrik məktubunu nəzərə almasaq, bir neçə gün sonra mayın 2-də həmin qəzetdə onun ilk məqaləsi, mayın 18-də isə ilk şeiri dərc edilmişdir.1905-ci ildən sonra Bakıda Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun çıxardığı “Həyat”, “Füyüzat”, “İrşad”, “Tərəqqi” jurnal və qəzetlərində çıxış etməklə jurnalistlik və yazıçılıq fəaliyyətinə başlamışdır.1905-1907-ci illərdə radikal sol cərəyanı təmsil edən “Hümmət”, “Təkamül”, “Yoldaş” jurnallarının tanınmış jurnalistləri ilə birlikdə çalışmış və bir müddət “Təkamül” jurnalının baş redaktoru olmuşdur. 1904-cü ilin axırlarında “Rus Sosial-Demokrat Partiyası”nın nəzdində azəri fəhlələri arasında çalışmaq və təbliğat aparmaq üçün “Hümmət” adlı təşkilat yaradılmışdır.
    M.Ə.Rəsulzadə 1908-1910-cu illər arasında hümmətçi olaraq İran inqilabında fəal iştirak etmişdir. 1908-ci ildə İran tarixində ilk dəfə nəşr olunan “İrani new” (”Yeni İran”) adlı gündəlik qəzet buraxılmışdır. Qəzetin baş redaktorluğunu da bir müddət özüzərinə götürmüşdür.1911-ci ildə rus səfirliyinin tələbi ilə M.Ə.Rəsulzadə İran sərhədləri kənarına çıxarılmış və buna görə də İstanbula gəlmək məcburiyyətində qalmışdır. O zaman İstanbulda Şeyx Cəmaləddin Əfqaninin yazılarının təsiri altında qalan və türkçülük hərəkatına qoşulan M.Ə.Rəsulzadə 1911-ci ilin 18 avqustundan nəşr olunmağa başlayan “Türk yurdu” jurnalına yazılar yazmışdır. Həmin illərdə Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Yusif Akçüralı da İstanbulda idilər.1913-cü ildə rus çarları – Romanovlar sülaləsinin 300 illiyi münasibətilə elan edilən siyasi amnistiyadan istifadə edən M.Ə.Rəsulzadə Bakıya qayıtmışdır.
    Məsləkdaşlarının yaratdıqları Müsavat partiyasına daxil olmuş və prtiynın rəhbərliyini əlinə almağa çalışmışdır.İstanbuldan gətirdiyi türkçülük fikrini partiyanın ideologiyası olaraq qəbul etdirən Məmməd Əmin bu ideologiyanı 1915-ci ildə nəşr etdirdiyi “açıq söz” qəzetində irəli sürmüşdür.“açıq söz” qəzetini nəşr etməyə başlayanda artıq M.Ə.Rəsulzadə Azərbaycanda tanınmış siyasi xadim idi.1917-ci il inqilabı zamanı Bakıda toplanan Müsavat partiyasının qurultayında M.Ə.Rəsulzadə partiyanın lideri seçilmişdir.Həmin ildə partiyanın proqramında Azərbaycanın muxtariyyəti nəzərdə tutulur. Yenə həmin ildə Bakıda toplanan Qafqaz İslam konfransında və Moskvada toplanan Rusiya müsəlmanları konfransında türklər üçün milli ərazi, muxtariyyət tezisi müdafiə olunmuşdur.Rusiyada bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra üç respublikadan (Azərbaycan,Gürcüstan, Ermənistan) ibarət Zaqafqaziya Seymi yaradılmışdır. Bu qurumda M.Ə.Rəsulzadə çox fəallıq göstərmişdir.Onun buradakı fəaliyyətini xarici ölkə siyasətçiləri də qiymətləndirirlər. M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir.
    O, 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş və Milli Şuranın sədri olmuşdur.1920-ci il aprelin 27-də Azərbaycan Qızıl Ordu tərəfindən işğal edildikdən sonra ölkədə təqiblər və həbslər başlanmış, M.Ə.Rəsulzadə bir çox siyasi xadimlərlə birlikdə həbs olunmuşdur. Bu zaman Stalin Bakıya gəlmiş, Məmməd Əmini həbsdən azad etdirmiş və onu Moskvaya aparmışdır. M.Ə.Rəsulzadə iki il Moskvada nəzarət altında yaşadıqdan sonra 1922-ci ildə Moskvadan Finlandiyaya qaçmış və oradan da İstanbulu gəlmişdir. Ədibin bundan sonrakı ömrü mühacirətdə keçmişdir.
    O, 1931-ci ilə qədər İstanbulda yaşamış, sonra Polşaya köçmüşdür.1947-ci ilin sentyabrına qədər müxtəlif Avropa ölkələrində yaşayan Rəsulzadə həmin il yenidən Türkiyəyə dönmüş və ömrünün axırına qədər Ankarada yaşamışdır.1953-cü ildə Türkiyədə onun ədəbi-publisist fəaliyyətinin 50 illiyi qeyd olunmuşdur. M.Ə.Rəsulzadə 1955-ci il mart ayının 6-da Ankarada vəfat etmiş və Əzri qəbiristanlığında dəfn olunmuşdur.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)