• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    NAĞI BƏY ŞEYXZAMANLI

    Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş,əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhmədbəy Ağayev tərəfindən qoyulan “Difai”,1917-ci ildən isə Nəsibbəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” Partiyasının üzvü olmuşdur.

    1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” Partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilmiş (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərmişdir.

    1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşamışdır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilmişdir. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1957-ci ildə “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev”, 1963-cü ildə “Dərdləşmə” və 1964-cü ildə “Azərbaycan istiqlal mücadiləsi xatirələri” adlı kitabları çapdan çıxmışdır. N.Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilmişdir.

    Nağı bəy Şeyxzamanlı 1967-ci ildə ABŞ davəfat etmişdir.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)