• Əsas
  • Müsahibə
  • Xəbər göndər
  • Reklam
  • Əlaqə
  • +994 77 312 00 04 -+994 12 404 81 43 - info@diasportv.az

  • SON DƏQİQƏ

    SADIQBƏY AĞABƏYZADƏ

    Tariximizə məşhur Azərbaycan generalı və şərqşünas alim kimi düşən Sadıqbəy İsmayıloğlu Ağabəyzadə 1865-ci ildə Göyçayda anadan olmuşdur. O, orta təhsilini Bakıda realnı məktəbdə almış,1886-cı ildə isə Konstantinovski hərbi məktəbini bitirmişdir. Sonra isə o, Mixaylovski artilleriya məktəbində oxumuş, oranı bitirdikdən sonra ilk hərbi rütbəsini almışdır.Hərbi xidmətdən sonra Sadıqbəy 1899-cuildə Sankt-Peterburqda Şərq dilləri üzrə hərbi institutu bitirmişdir.

    1899-1913-cü illərdə Aşqabad qarnizonunda xidmət etmişdir. Hərbi işlə yanaşı, elmi yaradıcılıqla məşğul olmuşdur. Onun ədəbiyyatşünaslıqla bağlı yazdığı bir sıra məqalələr dövrünün nüfuzlu jurnallarında işıq üzü görmüşdür. Sadıqbəy Ağabəyzadə rus dilində hazırladığı “Türkmən danışıq kitabçası”nı çap etdirmişdir.

    1913-cü ildə general-mayor rütbəsində hərbi xidmətdən ehtiyata çıxan S.Ağabəyzadə Göyçaya qayıtmışdır. Lakin rus-alman müharibəsi başladığı üçün 1914-cü ildə o, yenidən orduya çağırılmışdır.

    1918-ci ilə kimi hərbi xidmətdə olan Sadıqbəy yenidən Göyçaya gəlmişdir. 1918-ciilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinın daxili işlər nazirinin müavini vəzifəsində işə başlamışdır.

    1920-ci ildə ADR süquta uğradıqdan sonra S.Ağabəyzadə mühacirət etmək məcburiyyətində qalmışdır. O, əvvəlcə Türkiyəyə, bir neçə ay sonra isə Fransaya köçmüş və burada müəllimliklə məşğul olmağa başlamışdır. 1927-ci ildə S.Ağabəyzadə Polşaya Lvov univesitetində işləməyə dəvət olunmuşdur. Şərq dilləri fakültəsinin professoru kimi fəaliyyət göstərən Səməd bəy burada ərəb və fars dillərindən mühazirələr oxumuşdur. Xatırladaq ki, S.Ağabəyzadə ərəb, fars, polyak, fransız, rus və türk dillərini mükəmməl bilmişdir. O, 17 il Lvov universitetində müəllimlik etmişdir.

    S.Ağabəyzadə 1944-cü ildə 79 yaşında Lvov şəhərində vəfat etmiş və burada da dəfn olunmuşdur.

    Hal-hazırda Ukraynanın Lvov şəhərinin mərkəzi küçələrindən biri Sadıqbəy Ağabəyzadənin adını daşıyır.

    ____________________

    DİASPORTV.AZ


    WhatsApp



    Şərhlər (Facebook)